...

Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı bu gündən bülletenlərin çap prosesinə start verilib (FOTO)

Siyasət Materials 28 Sentyabr 2013 11:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı bu gündən Milli Məclisin mətbəəsində bülletenlərin çap prosesinə start verilib.

Trend-in məlumatına görə, bununla bağlı şənbə günü Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun rəhbərliyi ilə mətbəəyə baxış keçirilib.

M.Pənahov jurnalistlərə bildirib ki, ümumiyyətlə, 5 milyon 149 min 255 ədəd bülleten çap olunacaq. Çap olunmuş bülletenlər dairə seçki komissiyalarına sentyabrın 30-da təhvil veriləcək.

Bülletenlərin çap olunma prosesinə nəzarət üçün beynəlxalq müşahidəçilər də dəvət olunub.

Ümumi çap prosesinə nəzarət Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən aparılacaq.

Qeyd edək ki, Azərbaycanda prezident seçkisi oktyabrın 9-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti