Gürcüstan, Tbilisi, 30 sentyabr /Trend, müxbir S. Ağayeva/
GUAM Parlament Assambleyasının (PA) VI plenar iclasının dekabrın 2-3-də Tbilisidə keçirilməsi planlaşdırılır.
Trend-in məlumatına görə, bu barədə bazar ertəsi GUAM Katibliyinin yaydığı xəbərdə deyilir.
İclasda qanunvericilik sahəsində GUAM əməkdaşlığı, həmçinin təşkilatın tərəfdaş ölkələr və digər beynəlxalq qurumlarla əlaqələrinə dair məsələlərin müzakirəsi planlaşdırılır.