Ramil Usubov polislərdən vətəndaşlarla nəzakətli rəftar edilməsini tələb edib

Ramil Usubov polislərdən vətəndaşlarla nəzakətli rəftar edilməsini tələb edib

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir İ.İzzət/

Sentyabrın 30-da Daxili İşlər Nazirliyində (DİN) "Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının icrası"nın və "Cinayətkarlıqla mübarizədə bayır xidmətinin rolunun artırılması sahəsində görülən işlərin vəziyyəti"nə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclasda çıxış edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan hər iki məsələnin aktual olduğunu, nazirlik sistemində əməliyyat-xidməti fəaliyyətin təşkilində mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Gündəlikdəki birinci məsələ ilə əlaqədar nazir müavini - Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis general-mayoru Fazil Quliyev çıxış edib. O deyib ki, Azərbaycan Respublikasının qanunlarının, ölkə Prezidentinin fərman və sərəncamlarının, aidiyyəti dövlət proqramlarının icra vəziyyətinin müzakirə edildiyi Kollegiya iclasından ötən dövr ərzində xeyli iş görülüb, o cümlədən cinayətlərin qarşısının alınması, açılması, istintaqı, cinayətkarların axtarışı, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, yol hərəkəti təhlükəsizliyinin təşkili və sair sahələr üzrə 32 informasiya sistemi yaradılaraq istifadəyə verilib.

"Açıq Hökumətin təşviqinə dair" Milli Fəaliyyət Planına uyğun olaraq, informasiya azadlığı üzrə məsul şəxs müəyyən edilib, habelə nazirliyin və onun struktur qurumlarının internet saytlarında xidməti fəaliyyətdə şəffaflığın artırılması, vətəndaşların hüquqi maarifləndirilməsi üzrə görülmüş işlər, aidiyyəti qanunvericilik aktları, göstəriləcək elektron xidmətlər barədə məlumatlar yerləşdirilib ki, onlar da vaxtaşırı yenilənir. Planın icrası çərçivəsində 2012-ci ildə və cari ilin 6 ayında Nazirliyin və struktur qurumların rəhbərliyi tərəfindən 8.400, ərazi polis orqanlarının rəisləri tərəfindən 97.018 vətəndaş qəbul edilib. Ümumilikdə 105 mindən çox ərizə və şikayət nəzarətə götürülərək ətraflı və operativ araşdırılıb, təşəbbüskarlara dolğun yazılı cavablar verilib, hüquqları izah olunub. Korrupsiyaya şərait yaradan halların aradan qaldırılması ilə bağlı ölkə başçısının tapşırıqları da gündəlik nəzarətdə olub, bu istiqamətdə bir sıra işlər görülüb, qarşıda duran vəzifələri müəyyən edən müvafiq əmr və göstərişlər hazırlanaraq icraya yönəldilib.

Gündəlikdəki ikinci məsələ barədə məruzə ilə çıxış edən Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov deyib ki, bayır xidməti əməkdaşlarının ictimai asayişin etibarlı qorunmasında, beynəlxalq və respublika əhəmiyyətli tədbirlər zamanı təhlükəsizliyin təmin edilməsində böyük rolu olub. İctimai yerlərdə hüquqpozmaların profilaktikası sahəsində həyata keçirilən tədbirlər çərçivəsində təkcə cari ilin 6 ayında post-patrul xidmətinin əməkdaşları tərəfindən 17 mindən çox şəxs, o cümlədən xırda xuliqanlığa görə 2130 nəfər polis orqanlarına gətirilərək inzibati məsuliyyətə cəlb olunub. Həyata keçirilmiş bu və digər tədbirlər cinayətkarlıqla mübarizə işinə öz müsbət təsirini göstərib, ötən ilin müvafiq dövrü ilə müqayisədə ictimai yerlərdə qeydə alınmış cinayətlərin sayı 7,2 faiz azalıb.

Hər iki məruzə ətrafında çıxış edənlər görülən işlərdən, buraxılmış nöqsan və çatışmazlıqlardan danışıb, onların qısa zamanda aradan qaldırılması üçün təsirli tədbirlərin həyata keçiriləcəyini bildiriblər.

İclasa yekun vuran daxili işlər naziri, general-polkovnik R.Usubov gündəlikdəki məsələlər üzrə bütövlükdə fəaliyyətin qənaətbəxş olduğunu, eyni zamanda, müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu da qeyd edərək qısa müddətdə əsaslı dönüş yaradılmasını tələb edib, konkret tapşırıq və tövsiyələrini verib.

O, xüsusilə vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının icrası nazirlik sistemində fəaliyyətin modernləşməsi, müasir tələblər səviyyəsinə yüksəlməsi ilə səciyyəvi olub, ictimai asayişin təmini və sosial funksiyaların maksimal səmərəli modelini yaratmağa imkan verib. Nazirliyin hər bir struktur qurumunun və ərazi orqanı rəisinin möhtərəm dövlət başçısının fərman, sərəncam və tapşırıqlarının icrasına şəxsən cavabdehlik və bu işin təşkilinə görə məsuliyyət daşıdığını xatırladan R.Usubov strateji əhəmiyyətli məsələləri əhatə edən bu işin ən yüksək səviyyədə icrasına təminat verən nəzarət sisteminin yaradılmasının əhəmiyyətini xüsusi qeyd edib.

Nazir əhali ilə bilavasitə təmasda olan, polis haqqında ictimai rəyin formalaşdırılmasında mühüm rola malik bayır xidməti əməkdaşlarının asayişin təmin edilməsində, cinayətlərin qarşısının alınmasında və açılmasında, axtarışda olan şəxslərin tutulmasında böyük əməyi olduğunu bir daha xatırladaraq ərazi polis orqanlarının rəislərindən vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasını, araşdırmaların gedişinin ciddi nəzarətdə saxlanılmasını, onlarla hər zaman nəzakətli rəftar edilməsini, uçot-intizam qaydalarına ciddi riayət olunmasını, korrupsiya hüquqpozmalarına qarşı kəsərli tədbirlər görülməsini tələb edib.

Daxili işlər naziri əmin olduğunu bildirib ki, şəxsi heyət cinayətkarlığa qarşı qətiyyətli mübarizə, ictimai asayişin təmini sahəsində qanunla müəyyən edilmiş vəzifələri, qarşıya qoyulan bütün tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək, ölkə iqtisadiyyatının dinamik inkişafının əsas şərtlərindən olan sabitliyin, əmin-amanlığın, habelə dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün qüvvə və bacarığını əsirgəməyəcək.

Şuşada erməni kilsəsi olmayıb - Tarixi FAKTLAR (FOTO)
Şuşada erməni kilsəsi olmayıb - Tarixi FAKTLAR (FOTO)
20 Yanvar faciəsinə həsr olunmuş virtual sərgi açılıb (FOTO)
20 Yanvar faciəsinə həsr olunmuş virtual sərgi açılıb (FOTO)
Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı işlərə başlanıb - Nazir (FOTO)
Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı işlərə başlanıb - Nazir (FOTO)
Loading Bars
Xəbər lenti
Azərbaycan Ordusunun əsgəri mina partlayışı nəticəsində həlak olub
Xarici İşlər naziri Ceyhun Bayramov Türkmənistan Prezidenti tərəfindən qəbul olunub
Ceyhun Bayramov Türkmənistana səfəri çərçivəsində bir sıra görüşlər keçirib
Bakıda fərdi evdə baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Xəzərdə DOSTLUQ qalib gəldi - Prezident İlham Əliyev yeniliklərin olacağını anons etmişdi
Pandemiya dövründə Azərbaycanda cinayətkarlıq hansı səviyyədə olub? - MÜQAYİSƏ
TANAP vasitəsilə 9 milyard kubmetrdən çox qaz nəql edilib
Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan DİN-in çavuşu (FOTO)
Nazirlər Kabineti yaşayış yeri olmayan prokurorluq işçilərinə verilən kompensasiyaya dair Qərar verib
Ermənistanda daxili gərginlik dərinləşir - Əsgər anaları Qarabağada xidmətə etiraz edir
Azərbaycan və Türkmənistan əməkdaşlığının inkişafı regionun iqtisadi rifahına xidmət edir - Naqif Həmzəyev
Baytarlıq preparatlarının heyvandarlıqda istifadəsinin elmi qiymətləndirilməsi həyata keçirilib
Şuşa artıq etibarlı əllərdədir - Elşən Musayev
Kəlbəcər rayonunun Kəndyeri kəndi (FOTO/VİDEO)
Fransada fövqəladə vəziyyət payızadək uzadıla bilər
"Azernews" qəzeti: Ermənistanın otuz illik işğal zamanı Azərbaycana qarşı törətdiyi ekoloji terror
8 prokurorluq əməkdaşı cəzalandırılıb, 2-si vəzifəsindən azad edilib
Ermənistanın növbəti YALANI:Terrorçuları hərbi əsir kimi qələmə verməyə çalışırlar
Azərbaycan SOCAR-ın səhmlərini satmağı planlaşdırmır - Mikayıl Cabbarov
Bu ölkələrdən quş və quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyuldu
14 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb (FOTO/VİDEO)
Bakı şəhər prokurorluğu orqanları əməliyyat müşavirəsi keçirib
“Dostluq” yatağı Azərbaycanla Türkmənistan arasında qardaşlığın rəmzinə çevrilir
Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib (FOTO)
"Reza Deqhati, günümüzün şahidi, Azərbaycanla bağlı xatirələr" adlı vebinar keçirilib (FOTO)
ADU-nun şəhid tələbəsi haqqında kitab çap olunub
Paşinyanın etirafı bəzi erməni rəsmilərinin Şuşanın onlara məxsus olması barədə cəfəng fikirlərini alt-üst etdi - Tural Gəncəliyev
Ağır yaralanan qazimiz şəhid oldu (FOTO)
"Dostluq" layihəsi Azərbaycanın neft-kimya sənayesinin inkişafına xidmət edəcək - Metyu Brayza
20 Yanvar faciəsi ilə bağlı məlumatlar yapon dilində təqdim olunub
Milli Məclisin Səhiyyə komitəsi iş planını açıqladı
Azərbaycanda 770 nəfər COVID-19-dan sağalıb, 218 nəfər yoluxub, 9 nəfər vəfat edib
Gəncədə “COVID-19”-a qarşı vaksinasiya prosesinə başlandı (FOTO)
Vətən müharibəsində 65 mədəniyyət işçisi döyüşlərə qatılıb, 8-i şəhid olub
Filippin və İndoneziyada güclü zəlzələ olub
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
"Dostluq" yatağı ilə bağlı memorandum tarixi əhəmiyyət daşıyır - Deputat
Türkmənistan və Azərbaycan iki müstəqil dövlət kimi münasibətləri ardıcıl olaraq inkişaf etdirirlər - Qurbanqulu Berdiməhəmmədov
Azərbaycanın Belarusdakı səfirliyində 20 Yanvar faciəsi anılıb (FOTO)
Unibank müştəriləri üçün vacib məlumat!
"Dostluq" yatağı Azərbaycanla birgə iş üçün yeni imkanlar açır - Qurbanqulu Berdiməhəmmədov
Prezident İlham Əliyev: Azərbaycan ilə Türkmənistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq daha yüksək səviyyəyə çatacaq
Prezident İlham Əliyev: Anlaşma Memorandumunun imzalanması çoxillik gərgin fəaliyyətinin nəticəsidir
Prezident İlham Əliyev: Xəzərin qorunması üzrə birgə fəaliyyət üçün ölkələrə yeni imkanlar açan Konvensiya razılaşdırılıb
Bakıda küçədən tapılan 12 yaşlı qız ailəsinə verildi
Bəzi mövzular üzrə suallar buraxılış və qəbul imtahanlarına daxil edilməyəcək - SƏBƏB
Şagirdlərin qış tətilinin vaxtı açıqlandı
Azərbaycan Prezidenti: Xəzər mehriban qonşuluq dənizi, əməkdaşlıq dənizidir
Prezident İlham Əliyev: Bu Memorandumu imzalamağımız əlamətdar hadisədir, onun müsbət nəticələri olacaq
Virtual dərslərə qoşula bilməyən şagirdlər də qiymətləndirmədə iştirak etməlidirlər - RƏSMİ
Qiymətlərindən narazı qalan şagirdlər apelyasiyaya müraciət edə bilərlər - Təhsil Nazirliyi
Azərbaycan Prezidenti: Anlaşma Memorandumu Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır
Füzuli rayonunun Dördçinar kəndi (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır
Tədris distant formada olubsa, biliklər də bu formada qiymətləndirilməlidir - Nazirlik rəsmisi
Masallıda ev yanıb
Vətən müharibəsində 2 858 şəhidin şəxsiyyəti müəyyən edilib - Hərbi prokuror
Hindistanda vaksin istehsal olunan institutda yanğın baş verib
Ötən il 19 nəfər hərbi prokurorluq işçisi məsuliyyətə cəlb edilib
Azərbaycanda baş verən hərbi xidmət əleyhinə olan cinayətlər 47,6% azalıb - Xanlar Vəliyev
Azərbaycan dünya təcrübəsinə əsaslanaraq idman zallarını aça bilər - Əməkdar idman ustası
“YAŞAT” Fondu tərəfindən şəhid və qazi ailələri tibbi müayinələrdən keçirilib (FOTO)
Qadın idman gimnastikası üzrə yığma komandaya yeni baş məşqçi təyin olundu
Məcburi köçkünlər tezliklə doğma yurdlarına qayıdacaqlar - Dövlət komitəsi
20 yanvar günü evini tərk edən 2 koronavirus xəstəsinə cinayət işi başlandı
Postlardan keçməyə cəhd edən 2 315 avtomobil geri qaytarılıb, 3 nəfər həbs edilib
İdarəetmədə çevikliyin və səmərəliliyin artırılması hədəflərə qısa zamanda çatmağı stimullaşdıracaq - Vüqar Rəhimzadə
SOCAR AVIATION Adnan Menderes hava limanında yanacağı öz məntəqəsindən təmin etməyə başlayıb
Neftçalada peyvəndlənmə ilə bağlı hazırlıq işləri yekunlaşıb (FOTO)
Azərbaycanda portağal sahələrinin güzəştli sığortası başlandı
SOCAR AVIATION təyyarələri üçün yanacağı öz məntəqəsindən təmin etməyə başlayıb
Dövlət Reklam Agentliyi “ARTREKLAM”ın kreditorlarına müraciət edib
İranda bir gündə 93 nəfər koronavirusdan ölüb
Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağının birgə işlənməsinə dair Memorandum imzalanıb
Azərbaycan Bakı-Tbilisi-Ərzurum kəməri ilə qaz ixracını artırıb
Qarabağ qazisi ölümdən necə xilas oldu? - Trend TV cərrahi əməliyyatın görüntülərini təqdim edir (VİDEO)
"Dostluq" yatağı ilə bağlı memorandum Azərbaycan-Türkmənistan münasibətlərində yeni səhifədir - SOCAR
Dillər Universitetində Çin dili üzrə metodik seminar keçirilib
ƏDV faizlərini geri alanlar üçün ikiqat qazanc!
“Qafqazda ərəbcə məktubat ənənəsi nümunələri (XIX-XX əsrlər)” kitabı nəşr olunub
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Bağdadda 3 il sonra ilk partlayış - Ölü sayı artır (YENİLƏNİB)
Türkiyəli mütəxəssislər Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib (FOTO)
ƏDV-ni geri alan BirBank istifadəçiləri Visa-dan əlavə pul qazana bilərlər!
Şuşada erməni kilsəsi olmayıb - Tarixi FAKTLAR (FOTO)
Ənənəvi təhsil nə zaman bərpa olunacaq? - AÇIQLAMA
Vətən müharibəsində iştirak etdiyinə görə təltif olunan 57 dəmiryolçu
Azərbaycan nefti bahalaşıb
Kürdəmirdə 18 kilometrlik yolun yenidən qurulması yekunlaşır (FOTO)
Azad olunmuş ərazilərimizdə dronlarla monitorinq aparılacaq
SOCAR hava şəraiti ilə əlaqədar platformalarda açıq sahələrdə işləri dayandırıb
Azərbaycanda şəhid ailələrinin üzvlərinə yeni imkanlar yaradılır
İşğaldan azad olunan ərazilərdə yeni layihənin icrası planlaşdırılır
"Elmlər Akademiyası"nın ətrafı hasara alındı - SƏBƏB (FOTO)
ABŞ-da etiraz aksiyaları başlayıb, saxlanılanlar var
Dövlət Məşğulluq Agentliyi son bir ildə 150 mindən çox şəxsi aktiv məşğulluq tədbirlərinə cəlb edib
Sabah şaxta olacaq
ENGİNET təhsil işçilərinə özəl təklif hazırlayıb
Şuşa və digər azad olunmuş ərazilərə avtobus reysləri ilə bağlı işlərə başlandı - RƏSMİ
Prezident İlham Əliyevlə Türkmənistan Prezidenti arasında videokonfrans formatında görüş keçirilib (FOTO/VİDEO) (YENİLƏNİB)
Bütün xəbərlər