...

Prezidentliyə namizəd Zahid Oruc: Səsvermədə yüksək seçici fəallığı müşahidə olunur (FOTO)

Siyasət Materials 9 Oktyabr 2013 11:35 (UTC +04:00)
Azərbaycan prezidentliyinə namizəd, Zahid Oruc səs verib.
Prezidentliyə namizəd Zahid Oruc: Səsvermədə yüksək seçici fəallığı müşahidə olunur (FOTO)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir R.Hafizoğlu/

Azərbaycan prezidentliyinə namizəd Zahid Oruc səs verib.

Trend-in məlumatına görə, Zahid Oruc 23 Saylı Nəsimi-Səbail Seçki Dairəsi, 18 saylı seçki məntəqəsində səs verib.

Səsvermədən sonra Zahid Oruc jurnalistlərə açıqlamasında bildirib ki, səsvermədə yüksək səviyyədə seçici fəallığı müşahidə olunur: "Əminəm ki, günorta saatlarında seçki prosesi öz pik nöqtəsinə çatacaq. Seçkilərin xalqımız üçün uğurlu olacağına əminəm".

Prezident seçkisində 10 namizəd mübarizə aparır. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti