...

Amerikalı müşahidəçi Azərbaycanda keçirilən prezident seçkilərini ən yüksək balla qiymətləndirir

Siyasət Materials 9 Oktyabr 2013 14:35 (UTC +04:00)
Azərbaycanda keçirilən prezident seçkilərini 5 ballıq şkala ilə 5 balla dəyərləndirirəm. Trend-in məlumatına görə, bunu ABŞ-dan beynəlxalq müşahidəçi, hüquqşünas Timoti Maykl Makgivern jurnalistlərə açıqlamasında bildirib.
Amerikalı müşahidəçi Azərbaycanda keçirilən prezident seçkilərini ən yüksək balla qiymətləndirir

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir S.Əhmədova/

Azərbaycanda keçirilən prezident seçkilərini 5 ballıq şkala ilə 5 balla dəyərləndirirəm. Trend-in məlumatına görə, bunu ABŞ-dan beynəlxalq müşahidəçi, hüquqşünas Timoti Maykl Makgivern jurnalistlərə açıqlamasında bildirib.

T.M.Makgivern deyib ki, Azərbaycanda keçirilən prezident seçkilərində demokratiyanı və insanların iştirakını görmək çox gözəldir:

"Seçkilər çox maraqlı, ədalətli keçir. 6-7 seçki məntəqəsində olmuşuq. Normal proseslər gedir. İnsanlar çox istəkli görünürlər. Biz 92 yaşlı bir qoca gördük, o bildirdi ki, 5 il əvvəl də bu məntəqədə səs verib və ümid edir ki, 5 il sonra da seçkilərdə iştirak edəcək".

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir.

Prezident seçkisində 10 namizəd mübarizə aparır. Onlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov və Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Azərbaycan Mərkəzi Seçki Komissiyası tərəfindən 5 145 643 seçici qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti