...

Yunanıstanlı müşahidəçi: Azərbaycanda prezident seçkiləri ölkənin regionda liderliyinın saxlanılmasının təminatıdır

Siyasət Materials 9 Oktyabr 2013 16:23 (UTC +04:00)
Azərbaycanda keçirilən prezident seçkiləri ölkənin regionun lideri kimi qalmasının təminatıdır.
Yunanıstanlı müşahidəçi: Azərbaycanda prezident seçkiləri ölkənin regionda liderliyinın saxlanılmasının təminatıdır

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir E.Əliyev/

Azərbaycanda keçirilən prezident seçkiləri ölkənin regionun lideri kimi qalmasının təminatıdır. Bu barədə çərşənbə günü Trend-ə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasından Azərbaycanda prezident seçkilərinin gedişini izləyən yunanıstanlı müşahidəçi Evangelos Venetis bildirib.

E.Venetis deyib: "Mən Azərbaycan xalqını seçki günü münasibətilə təbrik edirəm. Bu gün ölkə və cəmiyyət üçün, o cümlədən Azərbaycanın gələcəyi üçün əhəmiyyətli gündür. Əhəmiyyətlidir ki, Azərbaycan cəmiyyəti çox ümidverici gələcəyə malikdir".

Onun sözlərinə görə, Yunanıstan Azərbaycana yalnız iqtisadi sahədə deyil, həm də siyasi, mədəniyyət və digər sahələrdə əhəmiyyətli tərəfdaş kimi baxır:

"Yunanlstanda Azərbaycan üçün əhəmiyyətli olan bu günə böyük diqqət yetirirlər. Biz bu gün keçirilən seçkilərə Avropa istiqamətində olan inkişafın bir hissəsi kimi baxırıq və bu inkişafı dəstəkləyirik və dəstəkləyəcəyik".

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir.

Prezident seçkisində 10 namizəd mübarizə aparır. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Azərbaycanın Mərkəzi Seçki Komissiyası tərəfindən 5 145 643 seçici qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti