...

İran və Rusiya hərbi əməkdaşlığı möhkəmləndirmək niyyətindədirlər

Siyasət Materials 20 Oktyabr 2013 13:10 (UTC +04:00)
Rusiya Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Viktor Bondarev bu gün Tehranda iranlı həmkarı Həsən Şahsəfi ilə görüşüb.
İran və Rusiya hərbi əməkdaşlığı möhkəmləndirmək niyyətindədirlər

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir T.Cəfərov/

Rusiya Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Viktor Bondarev bu gün Tehranda iranlı həmkarı Həsən Şahsəfi ilə görüşüb.

Trend "Fars" agentliyinə istinadən məlumat verir ki, görüş zamanı iki ölkə arasında hərbi və müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.

Agentliyin məlumatına görə, həmçinin müdafiə və HHQ sahəsində əməkdaşlıq üzrə saziş imzalanacağı gözlənilir. Hazırda bu istiqamətdə danışıqlar aparılır.

Bundan başqa, V.Bondarevin İran Silahlı Qüvvələrinin "Xatəmül-Ənbiya" Hava Hücumundan Müdafiə qərargahının komandanı Fərzad İsmaili və İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) aviasiya qüvvələrinin komandanı Əmir Əli Hacızadə ilə görüşəcəyi gözlənilir.

Səfər çərçivəsində Tehran və İsfahan şəhərlərində qırıcı təyyarələrin bazasına baxış planlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti