...

SAM direktoru Kiyevdə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin fəalları ilə görüşüb (FOTO)

Siyasət Materials 6 Noyabr 2013 12:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir E.Mehdiyev/

Kiyevdə səfərdə olan Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) fəalları ilə görüşüb.

Trend-in məlumatına görə, F.Məmmədov ilk öncə gənclər mərkəzində yaradılmış şərait və UAGB-nin fəaliyyəti ilə yaxından tanış olub.

Görüş zamanı UAGB-nin sədri Anar Tahirov rəhbərlik etdiyi Birliyin 4 ilə yaxın müddətdə həyata keçirtdiyi silsilə tədbirlər və sosial, mədəni layihələr haqqında ətraflı məlumat verib.

Ukraynanın müxtəlif ali təhsil ocaqlarında minlərlə azəbaycanlı gəncin təhsil aldığını diqqətə çatdıran A.Tahirov Prezident İlham Əliyevin Azərbaycan gəncliyinin qarşısında qoyduğu tapşırıq və tövsiyyələrin həyata keçirilməsi, Azərbaycan həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırılması və milli mənəvi dəyərlərimizin təbliğ oluması istiqamtində indiyədək həyata keçirilmiş tədbirlərin səmərəli nəticələrindən danışıb.

UAGB-nin səmərəli fəaliyyətindən məmnun qaldığını bildirən F.Məmmədov Azərbaycanda dövlət səviyyəsində bir cox sahələrlə yanaşı, xaricdə yaşayan və təhsil alan azərbaycanlı gənclərin inkişafına və onların yaşadıqları ölkələrin ictimai mədəni həyatına inteqrasiya olunmalarına xüsusi diqqət ayrıldığını bildirib.

Ölkəmizdə Gənclər siyasətinin düzgün qurulmasının strateji amillərdən biri olduğunu diqqətə çatdıran F.Məmmədov Azərbaycan həqiqətlərinin və Dağlıq Qarabağ probleminin beynəlxalq ictimaiyyətə çatdırılmasında dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı gəncin üzərinə düşən tarixi missiyadan danışıb.

Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə qlobal sosial, iqtisadi islahatların həyata keçirildiyini diqqətə çatdıran F.Məmmədov bu gün rəsmi Bakının razılığı olmadan regionda hər hansı qlobal layihənin reallaşmasının qeyri-mümkün olduğunu vurğulayaraq Azərbaycanda yaxın gələcəkdə daha böyük iqtisadi layihlərin həyata keçiriləcəyini bildirib.

Görüş zamanı Ukaynada yaşayan azərbaycanlı gənclərin bu ölkənin ictimai, mədəni, iqtisadi həyatına inteqrasiyası mexanizmi, ukraynalı və azərbaycanlı gənclərin gələcəkdə birgə həyata keçirəcəkləri layihələr haqqında geniş fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti