Azərbaycan, Bakı, 3 dekabr /Trend/
Ukrayna Ali Radasında Nazirlər Kabinetinin istefası üzrə səsvermə keçirilib. Trend-in "Ukrinform"a istinadən verdiyi məlumata görə, parlament hökumətin istefasını qəbul etməyib.
Belə ki, 186 deputat hökumətin istefasının lehinə çıxış edib. Nazirlər Kabinetinin istefaya göndərilməsi üçün 226 deputatın səsi tələb olunurdu.
Hakim Regionlar Partiyası və Ukrayna Kommunist Partiyasının deputatları səsvermə hüququndan istifadə etməyiblər.