...

ABŞ-ın silah satışına qoyulan qadağaya aydınlıq gətirilib

Siyasət Materials 5 Dekabr 2013 19:45 (UTC +04:00)
ABŞ-ın silah satışına qoyulan qadağa ölkənin qanunvericiliyində təsbit olunub və bu məsələ qanunvericiliklə nizamlanır.
ABŞ-ın silah satışına qoyulan qadağaya aydınlıq gətirilib

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir E.Mehdiyev/

ABŞ-ın silah satışına qoyulan qadağa ölkənin qanunvericiliyində təsbit olunub və bu məsələ qanunvericiliklə nizamlanır. Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibi köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erik Rubin bu gün Bakıda keçirdiyi mətbuat konfransında deyib.

O, qeyd edib ki, bu, ABŞ administrasiyası tərəfindən həll olunan məsələ deyil.

Bakıya səfəri çərçivəsində Azərbaycanın yeni müdafiə naziri ilə çox səmərəli görüş keçirdiyini deyən E.Rubin vurğulayıb ki, ABŞ müdafiə və təhlükəsizlik sahəsində Azərbaycanla əməkdaşlığı davam etdirməyi səbirsizliklə gözləyir:

"Mən yeni nazirlə görüşümdə bildirdim ki, biz ümid edirik ki, yeni nazirlə və onun rəhbərlik etdiyi nazirliklə əlaqələrimiz daha sıx şəkildə davam edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti