• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • Siyasət

SAM-ın xarici əlaqələri genişlənir

25 Dekabr 2013 13:03 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir İ.İzzət/

2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) elmi-tədqiqat, elmi-təşkilatçılıq, analitik-informasiya və elmi-nəşriyyat istiqamətləri üzrə öz çoxşaxəli fəaliyyətini daha da genişləndirib. Trend-in məlumatına görə, bunu SAM-ın direktoru Fərhad Məmmədov Mərkəzin 2013-cü ildə fəaliyyətinə dair hesabatının təqdimatı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycanla yanaşı, SAM-a da maraq getdikcə böyüyür və onun xarici əlaqələri genişlənir: "Bu ilin əvvəlində beyin mərkəzlərin reytinqində SAM irəliləyərək 128-ci yeri tutub. İnanırıq ki, 2014-cü ilin yanvarında açıqlanacaq yeni reytinqdə SAM öz yerini daha da yaxşılaşdıracaq".

F.Məmmədov qeyd edib ki, cari ildə SAM tərəfindən ümumi olaraq 15 monoqrafiya, toplu və broşüra çap edilib. Müxtəlif elmi-tədqiqat işlərinin yekunu olan bu nəşrlərdən beşi xaricdə (AFR, Türkiyə və Rusiya Federasiyası), onu isə Azərbaycanda işıq üzü görüb. Eyni zamanda, SAM-ın əməkdaşları tərəfindən 91 qapalı xarakter daşıyan arayış və hesabat hazırlanıb, 178 məqalə çap edilib və 156 çıxış və müsahibə verilib.

Beynəlxalq səviyyədə əməkdaşlıq daha da genişləndirilib. 5 beyin mərkəzi (Çin Xalq Respublikasının Müasir Beynəlxalq Münasibətlər Akademiyası, Çin Xalq Respublikasının Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutu, İraq Strateji Araşdırmalar Qrupu, Avropa Siyasət Mərkəzi və Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutu) ilə memorandum və sazişlər imzalanıb, 8 ölkəni təmsil edən xarici ekspertlərlə birgə 15 mövzu ətrafında araşdırmalar aparılıb və müvafiq hesabatlar hazırlanıb. Eyni zamanda 129 xarici ezamiyyətə qatılmış SAM əməkdaşları Mərkəzi beynəlxalq səviyyədə təmsil ediblər.

Elmi-təşkilatçılıq baxımından 2013-cü ildə SAM tərəfindən Azərbaycanda və xaricdə 56 tədbir keçirilib. Onlardan iyirmi səkkiz tədbir (4 kitab təqdimatı, 2 mühazirə, 2 qapalı ekspert görüşü, 5 seminar, 1 "dəyirmi masa", 3 elmi-praktiki konfrans, 1 beynəlxalq simpozium, 7 beynəlxalq konfrans, 2 beynəlxalq forum, 1 qurultay) Azərbaycanda, digər 28 tədbir isə (2 kitab təqdimatı, 1 qapalı ekspert görüşü, 7 seminar, 4 "dəyirmi masa", 14 beynəlxalq konfrans) xaricdə təşkil edilib. Azərbaycanda keçirilmiş 28 tədbirlərdən on biri yalnız SAM, on yeddi tədbir isə SAM-ın tərəfdaşları ilə birgə təşkil edilib. Xaricdə təşkil edilmiş 28 tədbirin hər biri birgə əməkdaşlıq nəticəsində həyata keçirilib.

Ümumilikdə cari ildə SAM-ın Azərbaycanda təşkil etdiyi müxtəlif tədbirlərə 246 xarici alim və ekspert qatılıb: "SAM bir çox ölkələrlə çoxşaxəli əməkdaşlıq edir. Lakin elə ölkələr var ki, onlarla əməkdaşlıq Azərbaycan üçün bir sıra məsələlər baxımından çox önəmlidir. məsələn, biz Azərbaycan üçün vacib məsələlərlə bağlı qətnamələrin verilməsi istiqamətində ərəb ölkələri əməkdaşlığa xüsusi əhəmiyyət veririk".

O, qeyd edib ki, artıq gələn il üçün fəaliyyət planı artıq hazırdır və Prezident Adminstrasiyasına təqdim edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Fərhad Məmmədov
  • SAM
Azernews Newspaper
Digər xəbərlər
UNEC-də Azərbaycan-Türkiyə diplomatik əlaqələrinə həsr olunan elmi konfrans keçirilib (FOTO)
Cəmiyyət 8 Noyabr 2017 15:16
SAM-ın 10 illik yubileyinə həsr edilmiş kitab sərgisi keçirilib
Cəmiyyət 5 Noyabr 2017 14:36
SAM nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığına səfər edəcək
Cəmiyyət 30 Noyabr 2015 09:23
Azərbaycanda ilk dəfə “Erməni dili” adlı tədris vəsaiti nəşr edilib (FOTO)
Cəmiyyət 3 Sentyabr 2015 12:06
İrana qarşı sanksiyaların ləğvi azərbaycanlı iş adamları üçün yeni imkanlar yaradır
Biznes və iqtisadiyyat xəbərləri 3 Aprel 2015 12:28
Strateji Araşdırmalar Mərkəzi: "Yaxın gələcəkdə yeni münaqişələrin şahidi ola bilərik"
Siyasət 18 Fevral 2015 17:01
AMEA-dan mövqe: III dünya müharibəsi su qıtlığına görə baş verə bilər
Siyasət 25 Noyabr 2014 10:59
Ərəb və ingilis dillərində “Qarabağ tarixinin xülasəsi” adlı kitab nəşr edilib
Dağlıq Qarabağ Münaqişəsi 22 Noyabr 2014 10:39
Bakıda Azərbaycan və Mərkəzi Asiya əlaqələrinə dair beynəlxalq konfrans keçirilir
Siyasət 8 Oktyabr 2014 09:38
Fərhad Məmmədov: Sumqayıt hadisələri xüsusi xidmət orqanlarının, erməni diasporunun gördüyü işlər idi
Siyasət 27 Fevral 2014 11:58
Fərhad Məmmədov: Azərbaycan, Türkiyə və Gürcüstan müttəfiq dövlətlər olaraq bir-birinin ərazi bütövlüyünü dəstəkləməlidirlər
Siyasət 17 Fevral 2014 12:34
Bakıda "Azərbaycan-Gürcüstan-Türkiyə: üçtərəfli ittifaq və regional siyasətin gələcəyi" mövzusunda beynəlxalq konfrans işə başlayıb (FOTO)
Siyasət 17 Fevral 2014 11:27
SAM ATƏT-in Akademik Şəbəkəsinə üzv qəbul edilib
Cəmiyyət 4 Fevral 2014 14:44
SAM dünyanın ən güclü beyin mərkəzlərindən biri seçildi
Siyasət 24 Yanvar 2014 10:36
SAM-ın direktoru: Azərbaycan işğalçı Ermənistana qarşı cəzalandırma mexanizmini müttəfiqləri ilə həyata keçirəcək
Dağlıq Qarabağ Münaqişəsi 25 Dekabr 2013 13:54
Fərhad Məmmədov: 2014-cü ildə daxili siyasi məsələlərdə hər hansı qeyri-adi proseslərin şahidi olmayacağıq
Siyasət 25 Dekabr 2013 13:21
Azərbaycan Rusiyada keçiriləcək iqtisadi forumda iştirak edəcək
Biznes və iqtisadiyyat xəbərləri 25 Noyabr 2013 11:02
MTN: Bəzi neft və qaz kəmərlərinin təmas xəttinə yaxın məsafədən keçməsi təhdid yaradır
Siyasət 21 Noyabr 2013 11:47
Ən çox oxunanlar
Prezident İlham Əliyev: Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib (YENİLƏNİB-2)
Prezident İlham Əliyev: Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib (YENİLƏNİB-2)
Nazir: Türkiyə Azərbaycanla ticarət hesablaşmalarında milli valyutaya keçməyə hazırdır (ÖZƏL)
Prezident İlham Əliyevin Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında sərəncam imzalayıb
Əhalinin banklarda 7.7 milyard manatdan artıq pulu var
Nəzər nöqtəsi
Deputat: Ermənistan hakimiyyəti işğalçılıq siyasəti ilə ölkəni dalana dirəyib

Deputat: Ermənistan hakimiyyəti işğalçılıq siyasəti ilə ölkəni dalana dirəyib

Elman Nəsirov: Ermənistanda siyasi böhran pik nöqtəsinə gəlib çatıb
Zakir Nuriyev: Azərbaycanda banklar əhalinin xarici valyutaya olan tələbatını tam təmin edir
Ramiz Mehdiyev: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun ən perspektivli ölkəsinə çevrildi
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter