...

Fərhad Məmmədov: 2014-cü ildə daxili siyasi məsələlərdə hər hansı qeyri-adi proseslərin şahidi olmayacağıq

Siyasət Materials 25 Dekabr 2013 13:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir İ.İzzət/

2014-cü ildə daxili siyasi məsələlərdə hər hansı qeyri-adi proseslərin şahidi olmayacağıq. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov SAM-ın 2013-cü ildə fəaliyyətinə dair hesabatının təqdimatı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan artıq seçkilərarası sakit dövrə qədəm qoyub: "Adətən seçkilər keçirilməyən illər sakit illər hesab olunur. Ona görə də gələn il də daxili siyasi məsələlərdə hər hansı qeyri-adi proseslərin şahidi olmayacağıq.

Qeyri-adi o ola bilərki, Azərbaycan müxalifətinin yaratdığı hansısa birliklər parçalansın, yeni birliklər formalaşsın. Biz artıq buna adət etmişik. Çünki hər seçkidən sonra qışda bir az istirahət edib, yazda yeni bölücülük fəaliyyəti ilə məşğul olurlar. Bu istiqamətdə onlara ancaq uğurlar diləmək olar ki, daha fəal olsunlar və birlikləri daha tez parçalansın".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti