...

Müsavat Partiyasından AXCP-nin ittihamlarına cavab

Siyasət Materials 7 Yanvar 2014 13:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir E.Mehdiyev/

Müsavat Partiyası AXCP-nin onu hakimiyyətlə sövdələşməyə getməkdə ittiham etməsinə təəssüf edir. Bu barədə Trend-ə Müsavat Partiyası başqanının müavini Mehman Cavadoğlu deyib.

M.Cavadoğlu bildirib ki, zaman-zaman Müsavat Partiyası hakimiyyətə işləməkdə itiham olunub: "Çox təəssüf ki, bu məsələdə Müsavat Partiyasının opponentləri hakimiyyətlə eyni mövqedədirlər".

M.Cavadoğlu qeyd edib ki, Müsavat Partiyası indiyə qədər hakimiyyətlə heç bir sövdələşməyə getməyib və bundan sonra da getməyəcək.

AXCP-nin Müsavat Partiyasına bu cür qısqanc münasibət bəsləməsinə gəlincə isə, başqan müavini bu sualı AXCP-yə ünvanlamağı məqsədəuyğun hesab edir: "Müsavat Partiyası AXCP ilə həmişə əməkdaşlığa hazırdır. Məsələ daha çox AXCP-nin rəyindən və mövqeyindən asılıdır".

Qeyd edək ki, Müsavat Partiyası Milli Şuradan çıxması barədə qərar verib. Bundan sonra AXCP Müsavat Partiyasını hakimiyyətlə sövdələşmədə ittiham edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti