Azərbaycan, Bakı, 11 fevral /Trend/
Ukrayna Prezidenti Viktor Yanukoviç müxalif "Udar" partiyasının lideri Vitali Kliçko ilə teledebatlarda iştirak etməyə razılıq verib.
Trend-in Gazeta.uaya istinadən verdiyi məlumata görə, teledebatlar ictimai telekanalların birində keçiriləcək.
Debatların keçirilmə vaxtı hələ məlum deyil.