...

İlham Əliyev Əlcəzair Prezidentinə başsağlığı verib

Siyasət Materials 12 Fevral 2014 15:45 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflikaya başsağlığı verib.
İlham Əliyev Əlcəzair Prezidentinə başsağlığı verib

Azərbaycan, Bakı, 12 fevral /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflikaya başsağlığı verib.

Başsağlığında deyilir: "Ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Əlcəzair xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti