...

Ukrayna səfiri Böyük Britaniya XİN-ə çağırılıb

Siyasət Materials 20 Fevral 2014 16:58 (UTC +04:00)
Böyük Britaniyanın Xarici İşlər Nazirliyi (XİN) Ukrayna səfirini onun vasitəsilə ölkəyə zorakılığa son qoyulması ilə bağlı müraciət etmək üçün nazirliyə çağırıb.
Ukrayna səfiri Böyük Britaniya XİN-ə çağırılıb

Azərbaycan, Bakı, 20 fevral /Trend/

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi (XİN) Ukrayna səfirini onun vasitəsilə ölkəyə zorakılığa son qoyulması ilə bağlı müraciət etmək üçün nazirliyə çağırıb. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV nazirliyin nümayəndəsinə istinadən xəbər verir.

Böyük Britaniya XİN nümayəndəsi bildirib: "Biz təsdiqləyə bilərik ki, bu gün səhər Ukrayna səfirini XİN-ə çağırmışıq. Biz Ukrayna hakimiyyətini zorakılığı dayandırmağa çağırırıq. Bu mövzu üzrə tam bəyanatı yaxın vaxtlarda dərc edəcəyik".

Qeyd edək ki, çərşənbə axşamı, Ali Radanın iclası günü Kiyevdə irimiqyaslı küçə iğtişaşları bərpa olunub. Müxalifət idarəetmənin parlament-prezident formasına qayıtmağa, 2004-cü il Konstitusiyasını bərpa etməyə çağırıb. Radikallar Kiyevin mərkəzində binalara soxulub, avtomobil təkərlərinə od vurub, maşınlara və milis işçilərinə "Molotov kokteyli" atıblar. Milisin məlumatına görə, müxalifət ilk dəfə odlu silah tətbiq edib. Son məlumatlara görə, iğtişaşlarda artıq 35 nəfər həlak olub, 800-ə yaxın adam zərər çəkib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti