...

Ukraynada böhranın nizamlanmasına dair sənədlə bağlı səsvermə bu gün keçiriləcək

Siyasət Materials 21 Fevral 2014 16:14 (UTC +04:00)
Ukraynada böhranın nizamlanmasına dair sənədlə bağlı səsvermə bu gün Ali Radada keçiriləcək.
Ukraynada böhranın nizamlanmasına dair sənədlə bağlı səsvermə bu gün keçiriləcək

Azərbaycan, Bakı, 21 fevral /Trend/

Ukraynada böhranın nizamlanmasına dair sənədlə bağlı səsvermə bu gün Ali Radada keçiriləcək. Trend-in məlumatına görə, bu barədə RİA Novosti Regionlar Partiyasının deputatı Vladimir Oleynikə istinadən xəbər verir.

Onun sözlərinə görə, "Batkivşina", UDAR, "Svoboda" və Regionlar Partiyası sənədin lehinə səs verəcəklər: "Kommunist Partiyası isə hələ razılığını verməyib".

V.Oleynik qeyd edib ki, sənəd imzalandıqdan sonra 10 gün ərzində yeni koalisiya hökuməti formalaşdırılmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti