...

Kliçko: Müxalifət etirazçılarla məsləhətləşmələrdən sonra Yanukoviçlə saziş imzalayacaq

Siyasət Materials 21 Fevral 2014 17:29 (UTC +04:00)
Müxalif UDAR partiyasının lideri Vitali Kliçko bəyan edib ki, müxalifət Maydandakı fəallarla əlavə məsləhətləşmələr apardıqdan sonra Ukraynada böhranın nizamlanması haqqında sazişi imzalamağa hazırdır.
Kliçko: Müxalifət etirazçılarla məsləhətləşmələrdən sonra Yanukoviçlə saziş imzalayacaq

Azərbaycan, Bakı, 21 fevral /Trend/

Müxalif UDAR partiyasının lideri Vitali Kliçko bəyan edib ki, müxalifət Maydandakı fəallarla əlavə məsləhətləşmələr apardıqdan sonra Ukraynada böhranın nizamlanması haqqında sazişi imzalamağa hazırdır.

Trend-in məlumatına görə, bu barədə RİA Novosti Almaniyanın "Bild" qəzetinə istinadən xəbər verir.

V. Kliçko qeyd edib: "Biz böhranın sülh yolu ilə nizamlanması üçün hər şey etməyə hazırıq. Mən bu barədə qərarı Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerə bildirmişəm".

Bu arada Almaniya XİN "Twitter" səhifəsində Maydandakı etirazçıların Ukrayna hökuməti ilə sazişin imzalanmasına razı olduqları barədə məlumat yayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti