...

Ukrayna parlamenti Zaxarçenkonu DİN rəhbəri vəzifəsindən azad etdi

Siyasət Materials 21 Fevral 2014 21:08 (UTC +04:00)
Ukrayna Ali Radası (parlament) Vitali Zaxarçenkonun ölkənin daxili işlər naziri vəzifəsindən azad edilməsi barədə qərar qəbul edib.
Ukrayna parlamenti Zaxarçenkonu DİN rəhbəri vəzifəsindən azad etdi

Azərbaycan, Bakı, 21 fevral /Trend/

Ukrayna Ali Radası (parlament) Vitali Zaxarçenkonun ölkənin daxili işlər naziri vəzifəsindən azad edilməsi barədə qərar qəbul edib.

Trend RİA Novosti-yə istinadən məlumat verir ki, parlamentdə qəbul edilməsi üçün ən azı 226 səsin lazım olduğu bu qərarın lehinə 332 deputat səs verib.

V.Zaxarçenkonun vəzifəsindən azad edilməsi barədə qərar müxalifətin tələbi ilə qəbul edilib.

Deputatlar Prezidentə müraciət ediblər ki, bu qərarın qanuni olduğunu nəzərə alsın. Belə ki, hələ qüvvəyə minməyən konstitusiyanın 2004-cü il redaksiyası Ali Radaya nazirləri vəzifələrindən kənarlaşdırmaq səlahiyyəti verir.

Qeyd edək ki, bu gün Ukrayna Prezidenti Viktor Yanukoviç səlahiyyətlərini parlamentlə bölüşməklə 2004-cü il konstitusiyasına qayıdış və ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı təşəbbüs göstərəcəyini elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti