...

Ali Radada Ukrayna Prezidentinin impiçmenti haqqında qanun layihəsi qeydiyyata alınıb

Siyasət Materials 22 Fevral 2014 00:28 (UTC +04:00)
Ali Radada (parlament) Ukrayna Prezidentinin impiçmenti haqqında qanun layihəsi qeydiyyata alınıb.
Ali Radada Ukrayna Prezidentinin impiçmenti haqqında qanun layihəsi qeydiyyata alınıb

Azərbaycan, Bakı, 22 fevral /Trend/

Ali Radada (parlament) Ukrayna Prezidentinin impiçmenti haqqında qanun layihəsi qeydiyyata alınıb. Trend-in İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, müvafiq məlumatı ölkənin qanunverici orqanının mətbuat xidməti yayıb.

Sənədi fraksiyadan kənar xalq deputatı Nikolay Rudkovski təqdim edib.

Qeyd edək ki, qüvvədə olan Ukrayna Konstitusiyasının 111 və 112-ci maddələrinə uyğun olaraq, dövlət başçısının vəzifəsindən azad edilməsi məsələsinə Ali Radanın ən azı 226 deputatı təşəbbüs göstərməlidir. Bundan sonra parlament xüsusi prokuror və müstəntiqlərin daxil olduğu xüsusi istintaq komissiyası yaradır. Komissiyanın təkliflərinə Ali Radanın iclasında baxılır. Əgər təkliflər əsaslandırılsa, o zaman ən azı 300 deputat prezidentin ittiham edilməsi barədə qərar qəbul edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti