...

Ukrayna Ali Radası öz qərarı ilə 2004-cü il konstitusiyasına qayıdıb

Siyasət Materials 22 Fevral 2014 15:38 (UTC +04:00)
Ukrayna Ali Radası 2004-cü il konstitusiyasına qayıdış haqqında qərar qəbul edib. Bu barədə Trend Rusiya KİV-nə istinadən xəbər yayıb.
Ukrayna Ali Radası öz qərarı ilə 2004-cü il konstitusiyasına qayıdıb

Azərbaycan, Bakı, 22 fevral /Trend/

Ukrayna Ali Radası 2004-cü il konstitusiyasına qayıdış haqqında qərar qəbul edib. Bu barədə Trend Rusiya KİV-nə istinadən xəbər yayıb.

Bundan əvvəl Ukrayna parlamenti analoji qanunu qəbul etmişdi və həmin qanun imzalanması üçün Prezident Viktor Yanukoviçə göndərilmişdi. Ukrayna Prezidenti isə hələ ki qanunu imzalamayıb. Bu şərtlərdə Ali Rada 2004-cü il konstitusiyasına qayıdış barədə qərar qəbul edib. Bu isə qanunun qüvvəyə minməsi üçün Prezidentin imzasını tələb etmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti