...

Ukrayna prezidentinin vəzifələrini spikerə həvalə edilməsi barədə qərar Radaya təqdim edilib

Siyasət Materials 23 Fevral 2014 14:44 (UTC +04:00)
Ukrayna Ali Radasının vitse-spikeri Roman Koşulinski Ukrayna prezidenti vəzifəsinin parlament sədrinə həvalə edilməsi barədə qərar layihəsini qeydiyyata alıb.
Ukrayna prezidentinin vəzifələrini spikerə həvalə edilməsi barədə qərar Radaya təqdim edilib

Azərbaycan, Bakı, 23 fevral / Trend /

Ukrayna Ali Radasının vitse-spikeri Roman Koşulinski Ukrayna prezidenti vəzifəsinin parlament sədrinə həvalə edilməsi barədə qərar layihəsini qeydiyyata alıb. Trend RİA Novosti agentliyinə istinadən bu barədə Radanın saytında məlumat verilib.

Qərarın təfərrüatları məlum deyil.

Ukrayna parlamenti spiker Vladimir Rıbakı istefaya göndərib. Onun vəzifəsini 2007-2010-cu illərdə Yuliya Timoşenko hökumətində baş nazirinin müavini vəzifəsində ışləyən Aleksandr Turçinov tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti