...

Avropa Komissiyası: Aİ Ali Radanın Yanukoviçin hakimiyyətdən kənarlaşdırılması barədə qərarını tanıyır

Siyasət Materials 24 Fevral 2014 16:15 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) Ali Radanın ölkə Prezidenti Viktor Yanukoviçin hakimiyyətdən kənarlaşdırılması barədə qərarını tanıyır.
Avropa Komissiyası: Aİ Ali Radanın Yanukoviçin hakimiyyətdən kənarlaşdırılması barədə qərarını tanıyır

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Avropa İttifaqı (Aİ) Ali Radanın ölkə Prezidenti Viktor Yanukoviçin hakimiyyətdən kənarlaşdırılması barədə qərarını tanıyır. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Avropa Komissiyasının nümayəndəsi Olivye Bayi bildirib.

O.Bayi Aİ-nin V.Yanukoviçi Ukrayna Prezidenti hesab edib-etməməsi barədə sualı cavablandırarkən deyib: "Yanukoviçin statusuna gəlincə, demokratik qanuniliyin zəmanəti olan institut bazar günü qərar qəbul etdi. Biz Ukrayna parlamenti tərəfindən qəbul edilmiş qərarlara hörmət edirik".

Xatırladaq ki, Ukraynada münaqişənin nizamlanması üzrə danışıqlar fevralın 21-də Kiyevdə keçirilib. Daha sonra müvafiq saziş Prezident V.Yanukoviç və müxalifət liderləri arasında imzalanıb. Şənbə günü Ali Rada əldə olunan razılaşmanı pozaraq və 2004-cü il Konstitusiyasına qayıdış barədə qanuna prezidentin imza atmasını gözləmədən Konstitusiyanın dəyişdirilməsi barədə qərar qəbul edib, parlamentin, Daxili İşlər və Müdafiə nazirliklərinin və Təhlükəsizlik Xidmətinin rəhbərliyini dəyişdirib. Bazar günü Ali Rada mayın 25-də seçkilər keçirilənə qədər Ukrayna Prezidentinin səlahiyyətlərinin spiker A.Turçinova verilməsi barədə qərar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti