...

Rompey: Aİ assosiasiya haqqında sazişi imzalamağa və Ukraynanı dəstəkləməyə hazırdır

Siyasət Materials 24 Fevral 2014 17:16 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) Ukrayna ilə assosiasiya haqqında sazişi imzalamağa və ölkəni bu çətin dövrdə dəstəkləməyə hazırdır.
Rompey: Aİ assosiasiya haqqında sazişi imzalamağa və Ukraynanı dəstəkləməyə hazırdır

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Avropa İttifaqı (Aİ) Ukrayna ilə assosiasiya haqqında sazişi imzalamağa və ölkəni bu çətin dövrdə dəstəkləməyə hazırdır. Trend-in bazar ertəsi RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Herman van Rompeyin bəyanatında deyilir.

H.Rompey Aİ-Braziliya sammitinin yekunları üzrə mətbuat konfransında deyib: "Mən Ukrayna xalqının Aİ ilə möhkəm əlaqələri olan azad, müstəqil və vahid ölkədə yaşamaq istəyini alqışlayıram. Biz Ukraynadakı vəziyyəti diqqətlə izləyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti