...

Ukrayna parlamenti Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edəcək

Siyasət Materials 25 Fevral 2014 16:24 (UTC +04:00)
Ukrayna parlamenti ölkədə insanlığa qarşı cinayətlərin törədilməsində günahkar olan şəxslərin müstəqil təhqiqatının aparılmasını təmin etmək üçün Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) müraciət edəcək.
Ukrayna parlamenti Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edəcək

Azərbaycan, Bakı, 25 fevral /Trend/

Ukrayna parlamenti ölkədə insanlığa qarşı cinayətlərin törədilməsində günahkar olan şəxslərin müstəqil təhqiqatının aparılmasını təmin etmək üçün Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) müraciət edəcək. Belə bir müraciət layihəsinə 324 deputat səs verib.

Trend-in Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, layihə BCM-ə 2013-cü il noyabrın 21-dən 2014-cü il fevralın 22-dək kütləvi etiraz aksiyaları zamanı Ukrayna vətəndaşlarının qətlinə və xüsusilə ağır nəticələrə gətirib çıxaran yüksək vəzifəli dövlət məmurlarının insanlığa qarşı törətdiyi cinayətlərlə bağlı müraciəti nəzərdə tutur.

Sənədə izahedici əlavədə qeyd olunur: "Bəyanatın qəbul edilməsinin başlıca səbəbi ölkədə insanlığa qarşı cinayətlərin törədilməsində günahkar olan şəxslərin əməllərinin müstəqil təhqiqatı və cəzalandırılmasıdır".

Səsvermədən əvvəl Ali Radanın spikeri Aleksandr Turçinov sənədə parlamentin Kiyevdə kütləvi iğtişaşlar zamanı insanların öldürülməsində əli olduğunu hesab etdiyi vəzifəli şəxslərin siyahısının əlavə edilməsini deputatlarla razılaşdırıb və BCM-ə onların iştirakı haqqında faktların araşdırılmasını təklif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti