...

Kliçko prezident seçkilərində namizədliyini irəli sürəcəyini təsdiq edib

Siyasət Materials 25 Fevral 2014 17:07 (UTC +04:00)
UDAR partiyasının lideri Vitali Kliçko Ukrayna prezidenti seçkilərində namizədliyini irəli sürmək niyyətində olduğunu təsdiqləyib.
Kliçko prezident seçkilərində namizədliyini irəli sürəcəyini təsdiq edib

Azərbaycan, Bakı, 25 fevral /Trend/

UDAR partiyasının lideri Vitali Kliçko Ukrayna prezidenti seçkilərində namizədliyini irəli sürmək niyyətində olduğunu təsdiqləyib.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, V.Kliçko bu niyyətini Ukraynada oyun qaydalarının tamamilə dəyişdirilməsi zərurəti ilə izah edib: "Ədalət hökm sürməlidir. Mən dəqiq bilirəm ki, bunu etmək mümkündür".

Onun sözlərinə görə, yeni hökumət namizədlərin peşəkarlıq və mənəvi keyfiyyətləri əsasında formalaşdırılacaq: "Mən yeni hökümətdə özümü görmürəm və parlament fraksiyalarının hökumətin tərkibinin formalaşdırılması ilə bağlı heç bir kvotası yoxdur".

Qeyd edək ki, Ukraynada növbədənkənar prezident seçkiləri mayın 25-nə təyin edilib. Fevralın 25-dən isə seçkiqabağı kampaniyaya start verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti