...

"Azərbaycanda 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı" təsdiq edilib

Siyasət Materials 12 Mart 2014 19:08 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
"Azərbaycanda 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı" təsdiq edilib

Azərbaycan, Bakı, 12 mart /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Bu sərəncamda nəzərdə tutulmuş Tədbirlər Planının icrasının təşkilində əlaqələndirici orqan İqtisadiyyat və Sənaye Nazirliyi müəyyən edilir.

Nazirlər Kabinetinə "Azərbaycan Respublikasında 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nda nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etmək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti