...

Azərbaycan və Koreya parlamentləri qanunvericilik sahəsində təcrübə mübadiləsi aparacaqlar

Siyasət Materials 4 Aprel 2014 12:53 (UTC +04:00)
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun başçılığı ilə parlament nümayəndə heyəti Koreya Respublikası Milli Assambleyasının sədr müavininin dəvəti əsasında aprelin 4-də ölkənin paytaxtı Seula səfər edəcək.
Azərbaycan və Koreya parlamentləri qanunvericilik sahəsində təcrübə mübadiləsi aparacaqlar

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir İ.İzzət/

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun başçılığı ilə parlament nümayəndə heyəti Koreya Respublikası Milli Assambleyasının sədr müavininin dəvəti əsasında aprelin 4-də ölkənin paytaxtı Seula səfər edəcək.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə deputatlar - Koreya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Malik Həsənov, qrupun üzvləri Rauf Əliyev, İmamverdi İsmayılov, Sədaqət Vəliyeva, Rüstəm Xəlilov daxildirlər.

Səfər çərçivəsində millət vəkilləri Koreya parlamentinin fəaliyyəti, deputatların iş şəraiti ilə yaxından tanış olacaqlar. Nümayəndə heyətinin üzvləri Koreya Milli Assambleyasının spikeri Kanq Çanq-hi, vitse-spiker Park Byonq-sok, parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşəcək, ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, qanunvericilik sahəsində təcrübə və informasiya mübadiləsi, qarşılıqlı səfərlərin intensivləşdirilməsi məsələləri ilə bağlı müzakirələr aparacaqlar.

Parlament sədrinin birinci müavini Ziyafət Əsgərovun başçılığı ilə millət vəkillərinin Koreyanın Baş naziri və xarici işlər naziri ilə görüşləri də nəzərdə tutulub.

Səfər zamanı deputatlar Koreyanın informasiya texnologiyaları sahəsində qabaqcıl şirkəti olan "SK Telekom", "Samsung Elektronics", İnçon Texnoparkına da baxış keçirəcək, Kyonqbokqunq sarayı, Seulun digər görməli yerləri ilə tanış olacaqlar.

Səfər aprelin 10-da başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti