Dövlət Feldyeger Xidmətinin 10 illik yubileyi qeyd olunub (FOTO)

Dövlət Feldyeger Xidmətinin 10 illik yubileyi qeyd olunub (FOTO)

Azərbaycan, Bakı, 11 aprel /Trend/

Aprelin 11-də Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin yaradılmasının 10 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.

Trend AzərTAc-a istinadən xəbər verir ki, Dövlət Feldyeger Xidmətinin əməkdaşları əvvəlcə Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üstünə tər güllər düzülmüşdür.

Sonra Şəhidlər xiyabanına gələn Dövlət Feldyeger Xidmətinin əməkdaşları Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə gül dəstələri düzmüş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar.

Yubiley tədbiri Azərbaycan Respublikasının dövlət himni və Dövlət Feldyeger Xidmətinin marşının səsləndirilməsi ilə başlanmışdır.

Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov dövlətimizin başçısı İlham Əliyevin Dövlət Feldyeger Xidməti əməkdaşlarının ali xüsusi rütbələr, orden və medallarla təltif edilməsi haqqında sərəncamlarını oxumuşdur.

Dövlət Feldyeger Xidməti əməkdaşlarını yubiley münasibətilə təbrik edən Süleyman İsmayılov çıxışında bildirmişdir ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 2003-cü ildə "Feldyeger rabitəsi haqqında" Azərbaycan Respublikasının Qanunu təsdiq edilmişdir. Bu Qanun əsasında Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı 2004-cü il 12 aprel tarixli Fərmanla Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti yaradılmış və müstəqil qurum kimi fəaliyyətə başlamışdır. Ötən müddət ərzində bir çox başqa aktlar qəbul edilmiş, Dövlət Feldyeger Xidmətinin normativ-hüquqi bazası daha da möhkəmləndirilmişdir. Xidmətin fəaliyyəti ayrı-ayrı vaxtlarda Rabitə və Daxili İşlər nazirliklərinin, digər orqanların tərkibində davam etsə də, onun gördüyü iş dövlət idarəçiliyində vacib amillərdən biri olmuşdur.

Prezident Administrasiyasının şöbə müdiri demişdir ki, Feldyeger Xidmətinin əsas vəzifələrindən biri Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının xüsusilə mühüm, tam məxfi, məxfi və digər xidməti korrespondensiyalarının, digər göndərişlərinin, habelə diplomatik korrespondensiyaların Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda müvafiq ünvanlara çatdırılmasını təşkil və təmin etməkdir. Xidmət bu vəzifələrin öhdəsindən layiqincə gəlir.

Feldyeger Xidmətinin ötən müddətdə sürətli inkişaf yolu keçdiyini deyən Süleyman İsmayılov qurumun şəxsi heyətinin öz fəaliyyəti və gördüyü işlərlə dövlətə, dövlətçiliyimizə layiqincə xidmət göstərdiyini vurğulamışdır. Bildirilmişdir ki, Xidmət fəaliyyət prinsipinə görə digər strukturlardan fərqlənir. Feldyeger Xidməti elə dövlət orqanlarındandır ki, o, həm respublika daxilində, həm də respublika hüdudlarından kənarda fəaliyyət göstərir. Buna görə də qurumun əməkdaşları qüsursuz xidmət nümunəsi göstərməlidirlər.

"Azərbaycanın qədim dövlətçilik ənənələri olduğu kimi, rabitə xidmətinin yaranması da onun dövlətçilik tarixi ilə, demək olar ki, eyni vaxtda başlamışdır", - deyən S.İsmayılov bildirmişdir ki, ölkəmizdə feldyeger rabitəsinin, ümumiyyətlə poçt və teleqrafın, xüsusi rabitənin keçmişi barədə hərtərəfli araşdırmalar aparılmış və bu iş yenə də davam etdirilir. Bunu tarixçilərin ixtiyarına buraxaraq bir məsələni qeyd etməliyik ki, bu gün Azərbaycan dövlətinin informasiya təhlükəsizliyinin, dövlət sirlərinin qorunmasında, ölkədaxili və dövlətlərarası etibarlı rabitənin təşkilində Dövlət Feldyeger Xidmətinin rolu danılmazdır. Hazırda Azərbaycanın istər ölkə daxilində, istərsə də beynəlxalq miqyasda geniş əlaqələri yaranmış və bu əlaqələr gündən-günə güclənməkdədir. İndi dünyanın 100-dən çox ölkəsində Azərbaycanın diplomatik nümayəndəlikləri fəaliyyət göstərir və dövlətimizin həmin ölkələrlə genişlənən əlaqələrinin təmin edilməsində Feldyeger Xidməti əməkdaşlarının böyük rolu vardır.

Süleyman İsmayılov qeyd etmişdir ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev Dövlət Feldyeger Xidmətinin işini daim diqqət mərkəzində saxlayır. Son illərdə Xidmətin öz işini daha da gücləndirməsində və uğurlar qazanmasında dövlətimizin başçısının bu sahəyə göstərdiyi diqqət və qayğının əvəzsiz rolu vardır.

Dövlət Feldyeger Xidmətinin rəisi, feldyeger xidməti general-leytenantı Ədalət Paşayev hələ qədim dövrlərdən təməli qoyulan bu xidmət növünün tarixindən bəhs etmişdir. Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə respublikamızda dövlət quruculuğunun bütün sahələri kimi feldyeger xidməti də özünün inkişaf mərhələsinə qədəm qoymuşdur. Ulu Öndərin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, Dövlət Feldyeger Xidməti hazırda öz işini müasir standartlara uyğun qurmuş, normativ-hüquqi bazası möhkəmləndirilmiş, fəaliyyət istiqaməti daha da genişləndirilmişdir.

Feldyeger xidməti general-leytenantı demişdir ki, ilbəil işini daha da təkmilləşdirən Xidmət fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərarlarını və digər normativ-hüquqi aktlarını əldə rəhbər tutaraq öz işini qurur. Dövlət Feldyeger Xidməti öz vəzifələrini və hüquqlarını həyata keçirərkən mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Prezident İlham Əliyevin Dövlət Feldyeger Xidmətinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirən Ədalət Paşayev, Xidmət əməkdaşlarının onların qarşısında qoyulan vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gələcəklərinə əminliyini bildirmişdir.

Sonra çıxış edənlər Dövlət Feldyeger Xidmətinin inkişafında ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışmış, qurumun maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin peşəkarlığının artırılması istiqamətində görülən tədbirlərdən bəhs etmişlər. Vurğulanmışdır ki, dövlətə və dövlətçiliyə sadiq olan Xidmətin əməkdaşları rəhbərlik tərəfindən qarşıya qoyulan hər bir tapşırığı vaxtında və layiqincə yerinə yetirməyə hər zaman hazırdırlar.

Sonda feldyeger rabitəsi orqanında uzun müddət qüsursuz xidmət keçmiş əməkdaşlar fəxri fərmanlarla mükafatlandırılmışlar.

Oktyabrın 20-də manatın dollara qarşı məzənnəsi
Oktyabrın 20-də manatın dollara qarşı məzənnəsi
Azərbaycan beynəlxalq əhəmiyyətli neft və qaz layihələrinin təhlükəsizliyini təmin edir - Hikmət Hacıyev
Azərbaycan beynəlxalq əhəmiyyətli neft və qaz layihələrinin təhlükəsizliyini təmin edir - Hikmət Hacıyev
Gəncə İH erməni terroru nəticəsində şəhərə dəymiş ziyanı açıqladı
Gəncə İH erməni terroru nəticəsində şəhərə dəymiş ziyanı açıqladı
Loading Bars
Xəbər lenti
Xudafərinin işğaldan azad olunması Prezident İlham Əliyevin nə qədər uzaqgörən siyasətçi olduğunu bir daha göstərdi - Deputat
Hazırda paytaxt yollarında ciddi sıxlıq müşahidə olunur
Suriya tayfaları Ermənistanın YPG kürdləri ilə ittifaqını pisləyib
Ceyhun Bayramovla Beynəlxalq Türk Akademiyasının prezidenti arasında telefon danışığı olub
MŞ AzTV-nin çəkiliş qrupunun erməni atəşinə məruz qalması ilə bağlı beynəlxalq media qurumlarına müraciət edib
Baş Nazir Əli Əsədov Mustafa Şentopun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb (FOTO)
Paşinyan məğlubiyyətini etiraf edib və danışıqlara hazırdır
Şahdağ Milli Parkının ərazisində yanğın başlayıb
Ermənistanın Gəncədə törətdiyi təcavüz beynəlxalq ictimaiyyət tərəfindən pislənilir
Norveçdə koronavirusun yeni mutasiyası aşkar edilib
XİN: Bundestaq üzvlərinin Qarabağa qanunsuz səfəri ilə bağlı Almaniya XİN-ə nota veriləcək
A-Qroup-un sığorta mükafatı yenə də artdı
Ermənistan Dağlıq Qarabağda itkilərinin yeni siyahısını açıqlayıb
Bütün dünya bilir ki, haqlı və ədalətli mövqe Azərbaycan tərəfindədir - Bahar Muradova
Döyüşlərdə iştirak edən şəxsi heyət arasında aparılan təbliğat və təşviqat işləri davam edir (FOTO)
Oktyabrın 20-də manatın dollara qarşı məzənnəsi
Ermənistanı masa arxasında işğalçı dövlət kimi otuzdurmaq lazımdır - Sevil Mikayılova CNN Türk telekanalına müsahibə verib (VİDEO)
Baş Prokurorluq: Tərtərdə "Pambıq emalı zavodu”na top mərmisi düşüb
Azərbaycan və Fransa XİN başçılarının telefon danışığı olub
Ombudsman Səbinə Əliyavanın Vladimir Şkolnikovla video konfrans formatında görüşü olub (FOTO)
Ermənistanın mülki əhaliyə qarşı hücumları ilə bağlı aidiyyəti qurumlara müraciətlər ediləcək - Hikmət Hacıyev
Özbəkistan parlamentinin Sədri Ermənistanın Gəncəni artilleriya atəşinə tutması ilə bağlı narahatlığını bildirib
Yanvar-sentyabr aylarında 163 min şəxsə e-qaydada fərdi hesab açılıb
Rusiya Dağlıq Qarabağda atəşkəsə nəzarət mexanizminin tezliklə razılaşdırılmasına ümid edir - Lavrov
Növbəti aylarda koronavirusla bağlı vəziyyət insanların tövsiyələrə necə əməl etməsindən asılıdır - Hande Harmancı
Erməni əsirlərin ailə üzvləri ilə əlaqə saxlamasına imkan yaradılıb - Prezidentin köməkçisi
Səfir: Beynəlxalq hüquq müharibədə mülki vətəndaşların ölümünə səbəb olmamağa çağırır (FOTO)
Prokurorluq AzTv-nin əməkdaşının yaralanması ilə bağlı məlumat yaydı: Daha 3 nəfər də yaralanıb
Azərbaycan beynəlxalq əhəmiyyətli neft və qaz layihələrinin təhlükəsizliyini təmin edir - Hikmət Hacıyev
Vüqar Rəhimzadə: Ermənistanı silahlandırıb onun işğalçılıq siyasətinə vasitəçi olmağın özü böyük cinayətdir
Düşmən yaşayış məntəqələrimizi atəşə tutur
Baş prokuror Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb
Ağdamda ermənilər AzTV-nin çəkiliş qrupunu atəşə tutdu, jurnalist yaralandı (VİDEO)
Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənin təxribatlarına layiqli cavab verilir - Hikmət Hacıyev
XƏBƏRDARLIQ: Vətəndaşlarımıza mesaj vasitəsilə saxta çağırışlar edilir
Azərbaycan Ordusu ermənilərin atıb qaçdığı daha bir neçə hərbi texnikanı ələ keçirdi (FOTO)
99 müəssisədə COVID-19-la bağlı qayda pozuntuları aşkarlandı
“ASAN xidmət” təmsilşisi BMT-nin iclasında erməni təxribatlarından danışdı (FOTO)
Kolleclərin boş qalan yerləri üzrə ixtisas seçimi bu gün başa çatır
Gəncə İH erməni terroru nəticəsində şəhərə dəymiş ziyanı açıqladı
İşğal edilmiş Azərbaycan ərazilərində 82 növ Qafqaz endemi məhv edilib
Ermənistan Tərtərdə pambıq zavodunu atəşə tutub (FOTO/VİDEO)
Biz bu münaqişəni gələcək nəsillərə saxlamamalıyıq - Hikmət Hacıyev
Ermənistan bütün qanunları və konvensiyaları kobud şəkildə pozur - General-mayor Hüseyn Mahmudov
Yol polisi Bakıda sərnişindaşıma sirkətlərinə müraciət edib
Yeni dastan yazan ordumuza “Gazelli Group”dan özünəməxsus dəstək
Özünüməşğulluq proqramının iştirakçıları biznesin inkişafı üçün KOBİA-nın dəstək və xidmətlərindən istifadə edə bilər
Türk Ticarət və Sənaye Palatasının sədrindən Prezident İlham Əliyevə məktub ünvanlanıb
Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz iqtisadi fəaliyyət həyata keçirib - Elçin Əmirbəyov
Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti təxirə salınır
Azərbaycan mülki əhalini hədəfə almır, yalnız hərbi hədəflərə istiqamətlənir - Prezidentin köməkçisi
İTAZERCOM-un rəhbəri Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya məktub ünvanlayıb
Ermənistan dövlət səviyyəsində Azərbaycanın mülki əhalisinə qarşı terror aktları həyata keçirir - Hikmət Hacıyev
Azərbaycanda 331 nəfər COVID-19-a yoluxdu, 107 nəfər sağaldı, 4 nəfər vəfat etdi
Erməni təxribatı nəticəsində ölən mülki şəxslərin sayı 61 oldu
ADA Universitetində ermənilərin Gəncə terroru ilə bağlı diplomatlarla görüş keçirilib (FOTO)
Gəncədə dağılmış ev və obyektlərin sayı açıqlandı - RƏSMİ
YAP 50-dən çox siyasi partiya və beynəlxalq təşkilata müraciət ünvanladı
İranda koronavirus həyəcanı: Sutka ərzində ölənlərin sayı 337 nəfərə yüksəldi
Dünya ictimaiyyəti Azərbaycan gənclərinin kampaniyasını dəstəkləyib (FOTO)
Kaliforniyada işğalçı Ermənistanın Gəncə terroruna etiraz olaraq avtoyürüş keçirilib
İyirmidən çox asteroid Yerə yaxınlaşır
Azərbaycan və Türkiyə parlament sədrləri arasında görüş olub (FOTO)
İranlı deputat: Ermənistanın Gəncəyə raket hücumu qorxaqlıq əlamətidir
Xalq və rəşadətli ordumuz öz qələbə salnaməsini yazır - Deputat
Braziliyanın telekanalında Azərbaycan multikulturalizmindən danışılıb
Prezident İlham Əliyev: Hər gün cəbhədən çox gözəl xəbərlər gəlir
Ermənistan ordusu döyüş bölgəsində manekenlərdən istifadə edir
Bu mübarizə Azərbaycanın haqlı mübarizəsidir - Mustafa Şentop
Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
Prezident İlham Əliyev: Dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın ikinci ölkə tapmaq mümkün deyil
Türkiyənin İnönü Universiteti Azərbaycana dəstək məqsədilə UNEC-ə məktub ünvanlayıb
Prezident İlham Əliyev: Əgər Türkiyədən bu açıq mövqe göstərilməsəydi, bu gün başqa qüvvələr bu işlərə qarışa bilərdi
Dinlərarası dialoq sahəsindəki siyasəti bu gün Azərbaycanı Ermənistanın böhtanlarından müdafiə edir - Səyavuş Heydərov
Ermənistan Xızıda neft kəmərlərini hədəfə alıb - Baş Prokurorluq
Sosial şəbəkələrdə narkotik qəbulunu təbliğ edən şəxs həbs edilib (VİDEO)
Ermənistanın hərbi-siyasi rəhbərliyi humanizm prinsipinə hörmətsizlik edir - Hüquqşünas
Azərbaycana məğlub olan Ermənistanın yeganə əlacı özü kimi faşistlərdən yapışmaqdır - Deputat
Çikaqoda Azərbaycan bayrağı qaldırılıb (PHOTO)
Bütün ziyalılar Azərbaycan reallıqlarını dünyaya çatdırmalıdır - AMEA-nın vitse-prezidenti
Şamaxının Çuxuryurd kəndində elektrik təsərrüfatı yenilənib (FOTO)
Sumqayıt KOB İnkişaf Mərkəzində əlil sahibkarlar üçün növbəti təlim keçirilib
Ermənilər təxribatlarını davam etdirsə, öz yuvalarında məhv ediləcək - Millət vəkili
Kanada azərbaycanlıları Gəncədə baş verən terrora etiraz edir
Azərbaycanda qızıl ucuzlaşıb
Avropalı liderlər Qarabağda terrorçu bazasının yaradılmasının qarşısını almaq üçün Ermənistan təzyiq göstərməlidir - Piter Teys
Hava şəraiti dəyişəcək - Xəbərdarlıq
Ermənilərlə əməkdaşlıq edən neonasistlər Almaniya cəmiyyətində arzuolunmaz şəxslər hesab edilir - Deputat
Sabahın hava proqnozu açıqlanıb
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda tələbələr erməni təbliğatına qarşı etiraz edir
AfD-nin Ermənistanla faşist düşüncələri üst-üstə düşür - Bəhruz Quliyev
Ermənistanın iqtisadi və demoqrafik fəlakət yaşamasına səbəb onların Qarabağ iddiasıdır - Təhlil
Göygöldə mövqelərimiz atəşə tutulur - MN
XİN: Xarici ölkələrdəki diplomatlarımızın erməni terrorundan mühafizəsi üçün müraciətlər göndəriləcək
Erməni deputat Qarabağda yaralanıb
UNICEF Dağlıq Qarabağ münaqişəsində uşaqların ölümündən narahatlığını ifadə edib
Azərbaycan sərhədini keçən əcnəbilərdən qanunvericiliyə əməl etmələri tələb olunur
Ermənistan dövlət sərhədində mövqelərimizi atəşə tutur
Mustafa Şentop Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Bakı Türk şəhidliyini ziyarət edib
BP ərazi bütövlüyü uğrunda apardığı mübarizədə Azərbaycan xalqına dəstək ifadə edib
Bütün xəbərlər