Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir H.Vəliyev/
Azərbaycan və Rusiya miqrasiya sahəsində əməkdaşlıq üzrə danışıqlar aparacaqlar. Trend-in məlumatına görə, bunu I Beynəlxalq "Caspian Energy Forum-2014" forumunda Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev deyib.
Onun sözlərinə görə, əmək miqrasiyası haqqında saziş sənədi artıq hazırlanıb və baxılması üçün Rusiya tərəfinə göndərilib.
Qeyd edək ki, bu il Milli Məclis tərəfindən Azərbaycan və Türkiyə arasında əmək miqrasiya sahəsində saziş təsdiq olunub.