...

Arzu Nağıyev: Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın qeyri-adekvat və qərəzli siyasətini bir daha sübuta yetirdi

Siyasət Materials 26 Aprel 2014 11:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir E.Mehdiyev/

Ərdoğan hakimiyyətinin ermənilərə qarşı humanist addımına baxmayaraq, Ermənistan prezidenti Serj Sarkisyan yenə də öz mənfur və savadsız siyasətini ortaya qoydu. Bu barədə Trend-ə açıqlamasında politoloq Arzu Nağıyev Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının 5 illiyinə həsr olunmuş sammitdə nitqini şərh edərkən bildirib.

A.Nağıyev qeyd edib ki, Ermənistan prezidenti Türkiyə Baş nazirinin sammitdə iştirak etməməsindən istifadə edərək Türkiyənin ünvanına qarayaxma kampaniyasını davam etdirməyə cəhd etsə də, Azərbaycan Prezidenti İlham Əliyevin tutarlı və siyasi baxımdan əsaslandırılmış cavabı qarşısında susmağa məcbur oldu.

Politoloq vurğulayıb ki, Avropa ölkələri qarşısında təkzibedilməz faktlarla çıxış edən Azərbaycan Prezidenti bir daha Türkiyənin dost və qardaş ölkə olduğunu dünyaya bəyan etdi: "Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağın işğal faktı ilə bağlı BMT Təhlükəsizlik Şurasının, Avropa Parlamentinin və Avropa Şurası Parlament Assambleyasının qətnamələrini və istər Ermənistanın, istərsə də dünya dövlətlərinin həmin qətnamələrə biganə münasibətini yada saldı. Ermənistanın bu qətnamələrə məhəl qoymamasını, beynəlxalq hüququn normalarına əsasən onlara aid olmayan ərazini işğal etməsini qeyd edən Azərbaycan Prezidenti İlham Əliyev S.Sarkisyanın haqsız çıxışının heç bir çərçivəyə sığmadığını bir daha bəyan etdi".

A.Nağıyev deyib ki, Ermənistanın beynəlxalq normalara zidd olaraq, digər dövlətin ərazi bütövlüyünü pozaraq, öz müqəddəratını təyin etmək və bunu dünya ictimaiyyətinə əks mövqedən çatdırmaq niyyəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən kəskin tənqid edildi və heçə çıxarıldı: "Dəfələrlə Ermənistan rəhbərliyinə "erməni soyqrımı" ilə bağlı arxivlərin açılması və birgə tədqiqi təklif edilsə də, erməni tərəfi hər zaman bunun əksinə çıxış edib. Maraqlıdır ki, Ermənistan beynəlxalq qanunlara zidd hərəkətlərinə baxmayaraq, dünya dövlətləri tərəfindən heç bir sanksiyaya məruz qalmayıb".

Politoloq bildirib ki, Azərbaycan xalqının dünya ictimaiyyətinə vermək istədiyi bu sualları Azərbaycan Prezidenti İlham Əliyev bir daha dünya ictimaiyyətinə ünvanladı və bununla da beynəlxalq aləm qarşısında Ermənistanın istər Türkiyə, istər Azərbaycana qarşı, istərsə də dünyada qeyri-adekvat və qərəzli siyasətini sübuta yetirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti