...

Moldova ombudsmanı: "Ermənistan tərəfindən ünvanıma təhdidlər davam edir"

Siyasət Materials 28 Aprel 2014 16:32 (UTC +04:00)
Moldova ombudsmanı Aureliya Qriqoriu bəyan edib ki, Ermənistan tərəfindən ünvanına hədələr davam edir. Trend-in məlumatına görə, o, bazar ertəsi Bakıda jurnalistlərə bildirib ki, bu təhdidlər açıq-aşkar deyil.
Moldova ombudsmanı: "Ermənistan tərəfindən ünvanıma təhdidlər davam edir"

Azərbaycan, Bakı, 28 aprel /Trend/

Moldova ombudsmanı Aureliya Qriqoriu bəyan edib ki, Ermənistan tərəfindən ünvanına hədələr davam edir. Trend-in məlumatına görə, o, bazar ertəsi Bakıda jurnalistlərə bildirib ki, bu təhdidlər açıq-aşkar deyil.

Onun sözlərinə görə, təhdidlər internetdə, telefonla, hər hansı çıxışlarda davam edir: "Ümid edirəm ki, perspektivdə bu olmayacaq. Fikrimcə, Ermənistanın hazırda məndən daha vacib problemləri var. Ermənistan bəzi məsələlərin həllində özünü çox ədəbsiz göstərdi. Zənnimcə, hazırda Ermənistan məni düşünəcək halda deyil".

Qeyd edək ki, moldovalı ombudsman ötən il Ermənistan parlamentində məruzəsində bəyan etmişdi ki, Xocalıdakı soyqırımı ermənilər törədib və bu, beynəlxalq aləmdə qəbul edilmiş faktdır. Bundan sonra onu Ermənistandan buraxmayaraq təcrid vəziyyətində saxlamış və təhdid etmişdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti