...

Qubernator: Azərbaycan və RF-nin Həştərxan vilayəti arasında münasibətlərin inkişaf dinamikası müsbət olaraq qalır

Siyasət Materials 12 May 2014 15:33 (UTC +04:00)
Azərbaycan və Rusiya Federasiyasının (RF) Həştərxan vilayəti arasında mövcud dostluq münasibətləri əsasında iqtisadi əlaqələr və layihələr fəallaşmağa başlayır.
Qubernator: Azərbaycan və RF-nin Həştərxan vilayəti arasında münasibətlərin inkişaf dinamikası müsbət olaraq qalır

Rusiya, Həştərxan, 12 may /Trend, xüsusi müxbir E.Hüseynov/

Azərbaycan və Rusiya Federasiyasının (RF) Həştərxan vilayəti arasında mövcud dostluq münasibətləri əsasında iqtisadi əlaqələr və layihələr fəallaşmağa başlayır. Trend-in məlumatına görə, bunu bazar ertəsi Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin bu vilayətdə səfərdə olan Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüşdən sonra jurnalistlərə deyib.

A.Jilkin qeyd edib: "Bu gün mən iqtisadi əlaqələrin inkişafında yalnız müsbət dinamikanı görürəm. Biz bu gün Bakı və Həştərxan limanları arasında bərə əlaqəsinin fəallaşdırılmasının zəruriliyini müzakirə edirik".

Onun sözlərinə görə, Həştərxan vilayəti Azərbaycanda istehsal edilən məhsulların, o cümlədən tikinti materiallarının, üzlük daşların və s. idxal edilməsinə maraq göstərir.

Azərbaycan rəhbərliyinin xeyirxah mövqeyini qeyd edən qubernator deyib: "Birgə humanitar layihələr elə-belə həyata keçirilmir. Bu, kağızda deyil, təcrübədə olan real münasibətlər, qarşılıqlı dostluq əlaqələridir".

Sözlərinə davam edən A.Jilkin, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev və Heydər Əliyev Fonduna səmimi təşəkkürünü bildirib.

Qubernatorun sözlərinə görə, çətin illərdə belə, Həştərxan vilayətinə diqqətini əsirgəməyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rolunu qeyd etmək vacibdir.

Azərbaycan nümayəndə heyəti qubernatorla görüşdən sonra Həştərxan vilayətinin rəhbərliyi ilə birlikdə Heydər Əliyevin abidəsinə gül dəstələri qoyub, Heydər Əliyev Fondu tərəfindən tikilən "Arzu" ("Meçta") uşaq əyləncə şəhərciyinə, eləcə də Heydər Əliyev adına 11 nömrəli orta ümumtəhsil məktəbinə baş çəkib. Burada Heydər Əliyev Fondunun yaranmasının 10 illiyinə həsr edilmiş müsabiqə və turnirlərin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Bundan başqa, mayın 12-də Həştərxanda bu hadisəyə həsr olunmuş konsert və atəşfəşanlıq olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti