Azərbaycan, Bakı, 17 may /Trend, müxbir T.Cəfərov/
İran gizli və radara düşməyən təyyarələri (stealth) aşkar etməyə imkan verən yeni radiolokasiya stansiyalarının (RLS) təqdimatını keçirəcək. Trend-in "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Silahlı Qüvvələrinin Xatəmül-Ənbiya Hava Hücumundan Müdafiə Qərargahının komandanı general Fərzad İsmaili deyib.
F.İsmaili bildirib ki, yeni RLS-in təqdimatı sentyabrın 1-də Xatəmül-Ənbiya Hava Hücumundan Müdafiə Qərargahının yaranmasının ildönümündə keçiriləcək.
Onun sözlərinə görə, bu RLS iranlı mütəxəssislər tərəfindən dizayn və istehsal olunub.