...

Mübariz Əhmədoğlu: "Prezident S.Sarkisyan Astanada özünü lider kimi aparmadı" fikri Ermənistanın ictimai-siyasi mühitində geniş yayılır

Siyasət Materials 4 İyun 2014 12:28 (UTC +04:00)
Astanada Avrasiya İqtisadi İttifaqının təsis yığıncağında Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevin məktub ünvanladığını bildirdi: Ermənistan Gömrük İttifaqına BMT-də üzvlük zamanı sərhədləri çərçivəsində daxil olmalıdır.
Mübariz Əhmədoğlu: "Prezident S.Sarkisyan Astanada özünü lider kimi aparmadı" fikri Ermənistanın ictimai-siyasi mühitində geniş yayılır

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir E.Mehdiyev/

"Astanada Avrasiya İqtisadi İttifaqının təsis yığıncağında Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevin məktub ünvanladığını bildirdi: Ermənistan Gömrük İttifaqına BMT-də üzvlük zamanı sərhədləri çərçivəsində daxil olmalıdır. Bir neçə il öncə ÜTT Ermənistanı xüsusi şərtlə üzvlüyə qəbul etmişdi". Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

M.Əhmədoğlu bildirib ki, N.Nazarbayev açıq şəkildə bəyan etdi ki, Ermənistan Gömrük İttifaqına və Avrasiya İqtisadi İttifaqına (Aİİ) Qarabağsız daxil olmalıdır: "BMT və ÜTT üzvlüyündən fərqli olaraq Ermənistanın Avrasiya İttifaqına üzvlüyü Dağlıq Qarabağ erməniləri ilə əlaqələrində hökmən özünü göstərəcəkdir. Belə ki, bu iki qurumun fəaliyyəti Ermənistanın sərhədlərindən kənara çıxa bilməz. Konkret Rusiya qazının 2015-ci il yanvarın 1-dən etibarən Ermənistanın ərazisindən Dağlıq Qarabağa tərəf keçməsi beynəlxalq hüquq baxımdan qanun pozuntusudur. Eləcə də Ermənistan Gömrük İttifaqından 900 adda məhsul üçün aşağı gömrük tarif dərəcəsi xahiş edib. Rusiya hələlik bunun 400-ü ilə razılaşıb. Bu, 400 adda məhsulun Ermənistandan kənara çıxması qadağandır. Bu məhsulların Ermənistandan çıxıb-çıxmamasına nəzarət üçün hökmən nəzarət-keçid məntəqələri quraşdırılmalıdır. Ermənistan Prezidenti Serj Sarkisyan Astanada çıxışı zamanı N.Nazarbayevin bəyanatına heç bir reaksiya vermədi, yalnız Ermənistanın iyunun 15-də Avrasiya İqtisadi İttifaqına üzv qəbul edilməsini xahiş etdi".

Politoloq qeyd edib ki, Ermənistanda gedən qızğın diskussiya XİN tərəfindən də cavabsız qalıb: "ABŞ-ın Luiziana ştatının Azərbaycanda "erməni qırğınları"nı tanıması ilə bağlı qəbul etdiyi qərara Ermənistan XİN dərhal münasibət bildirdi, halbuki ABŞ ştatlarının xarici siyasət məsələləri ilə bağlı qəbul etdiyi qərarlar legitim deyil. Buna baxmayaraq, Ermənistan XİN başçısı Edvard Nalbandyan və ölkə Prezidenti S.Sarkisyanın iştirakı ilə başqa bir ölkənin prezidenti tərəfindən Dağlıq Qarabağ məsələsinə dair səslənmiş rəsmi bəyanata qətiyyən reaksiya verilmədi".

M.Əhmədoğlu əlavə edib ki, Azərbaycan Prezidentinin son 10 ildə apardığı siyasət ermənilərin Dağlıq Qarabağ iradəsini sındırdı: "Prezident İlham Əliyevin sonuncu məktubu həlledici zərbə idi. Əvvəl görülən işlər olmasa idi, o məktub belə böyük effekt yaratmazdı. Astanada səslənmiş fikirlərə Dağlıq Qarabağda ehtiyatlı münasibət formalaşdırıldı; Guya N.Nazarbayevin dediyinin Gömrük İttifaqına dəxli yoxdur, Avrasiya İttifaqına aiddir. Ermənistan isə Gömrük İttifaqına üzv olmaq istəyir. Təbii ki, səfsətədən başqa bir şey deyil. Bundan sonra belə hadisələr tez-tez təkrarlanacaq. O zaman ermənilərin öz əhalisini necə aldadacağı çox maraqlıdır. Erməni mətbuatının yazdığına görə, Azərbaycan Ermənistan sərhədlərini müəyyənləşdirir. Azərbaycan Dağlıq Qarabağı qaytarmaq üçün 15 gün vaxt verdi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti