...

Mübariz Əhmədoğlu: Şahmat ölkəsi imici Serj Sarkisyana və II Qareginə erməni etnokriminallığını pərdələmək üçün lazımdır

Siyasət Materials 9 İyun 2014 12:29
Həbs olunan erməni mənşəli kriminalların sayı son üç ildə 100 nəfəri ötüb. Onlara kəsilən həbs cəzasının cəmi isə 1000 ildən çoxdur. Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Mübariz Əhmədoğlu: Şahmat ölkəsi imici Serj Sarkisyana və II Qareginə erməni etnokriminallığını pərdələmək üçün lazımdır

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir E.Mehdiyev/

Həbs olunan erməni mənşəli kriminalların sayı son üç ildə 100 nəfəri ötüb. Onlara kəsilən həbs cəzasının cəmi isə 1000 ildən çoxdur. Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlu bildirib ki, erməni etnokriminallarının ən çox həbs olunduğu ölkə ABŞ-dır. İkinci yerdə Rusiyadır. Üçüncü yerdə Avropa ölkələridir: "ABŞ-dakı ermənilər sırf kriminalla məşğul olduqları halda, Avropa və Rusiyadakı erməni kriminallarının siyasət və ya hakimiyyətlə əlaqələri var. Erməni etnokriminallarının mütəşəkkil qruplar halında fəaliyyət göstərirlər və fəaliyyətlərində koordinasiyalılıq aşkar hiss olunur. Ermənistan rəhbərliyinə daxil olan şəxslərin, eləcə də II Qareginin hər hansı regionda maliyyə marağının olması ilə dünyanın həmin regionunda erməni kriminallığının inkişafı düz mütənasibdir".

Politoloq qeyd edib ki, SSRİ dağıldıqdan sonra ermənilərin Rusiyadakı qeyri-qanuni əməlləri saysız-hesabsız idi. Amma o vaxt Rusiyada nəyin qanuni, nəyin qeyri-qanuni olduğunu müəyyənləşdirmək çətin olduğu üçün erməni kriminallar deputat, siyasi xadim, şirkət və s. adı ilə fəaliyyət göstərirdilər: "Həmin dövrdə Ermənistanın indiki prezidenti, o zamankı müdafiə naziri S.Sarkisyanın da Moskva və Podmoskovyedə bir neçə zavodu fəaliyyət göstərirdi. Müəyyən bir dövrdən sonra S.Sarkisyan öz mülklərini ABŞ-ın ərazisinə keçirə bildi. Qardaşı Saşik Sarkisyan bu işdə aparıcı rol oynadı. Məhz S.Sərkisyanın mülkləri ABŞ-a köçürüldükdən sonra ABŞ-da erməni etnokriminallığı çiçəkləndi".

M.Əhmədoğlu deyib ki, dünyanın hər hansısa bir regionunda erməni kilsəsinin aktivliyilə həmin ölkədəki erməni kriminallığının fəaliyyəti düz mütənasibdir: "Ermənistan rəhbərliyinin və Erməni Apostol Kilsəsinin Yaxın Şərq regionunda marağı və fəaliyyəti zəif olduğu üçün Yaxın Şərq regionu dövlətlərində erməni etnokriminallığı inkişaf etməyib. Siyasi və dini Ermənistanın gözü ABŞ-a dikildiyi üçün erməni etnokriminallığı da ABŞ-da çiçəklənir. ABŞ-da erməni etnokriminallığının çiçəklənməsinin digər münbit şəraiti İT-nin fəaliyyətilə əlaqəlidir. ABŞ Ermənistanda İT-nin inkişafına yardım göstərir. Nəticədə İT-nin inkişafı erməni etnokriminallığının intellektuallığına və inkişafına şərait yaradır. Bu qaydada formalaşmış etnokriminallığın əldə etdiyi vəsait ABŞ-dakı erməni təşkilatlarına, erməni kilsəsinə ötürülür".

Politoloqun sözlərinə görə, Ermənistanın siyasi rəhbərliyi açıq-aşkar "krışa" rolunu oynayır: "RESO-Qrantin" kompaniyasının başçıları Nikolay və Sergey Sərkisov qardaşları Rusiyanın siğorta biznesindən 2.5 milyard dollar pul oğurlamış şəxslərdir. Hətta SSRİ-nin güclü vaxtında bu məkanda siğortaçılıq güclü inkişaf etməmişdi. İndi bu iki qardaş erməni necə etdisə 2.5 milyard dollar pul toplaya bildilər. Adları "Forbes"in siyahısındadır. Rusiya Sərkisov qardaşlarının fəaliyyətilə maraqlanmağa başlayanda Ermənistan prezidenti S.Sərkisyan qardaşlardan birini - Sergey Sərkisovu Los-Ancelesdə Ermənistanın konsulu təyin etdi. Sərkisov qardaşlarının Ermənistan vətəndaşı olub-olmaması konsul təyinatı üçün vacib məsələ deyil. Sərkisovlar var-dövlətlərini Rusiyadan ABŞ-a daşımaqla məşğuldurlar. Təbii ki, prezidenti S.Sərkisyanın payı var. Maraqlı müqayisə: RF-in siyasətlə məşğul olan məşhur hərbçilərindən biri, General-polkovnik L.G.İvaşovun köməkçisi Araik Sərkisyan adlı ermənidir. Özünü akademik hesab edir. Makedoniyada Ermənistanın konsulu olmaq istəyirdi. Aqreman da gətirmişdi. Prezident S.Sərkisyan onu konsul təyin etmədi".

M.Əhmədoğlu qeyd edib ki, erməni etnokriminallığının mühüm xüsusiyyətlərindən biri onun dinə bağlılığındadır. Erməni kilsəsinin və ya erməni din xadiminin xeyir-duası olmadan heç bir erməni etnokriminalı fəaliyyətə başlamır: "Bu dini əlamət ermənilərdə faktiki milli xüsusiyyətdir. Erməni etnokriminallarının maliyyə dövriyyəsinin mühasibat sənədləri Vatikanda aşkarlansa, buna təəccüblənmək lazım deyil. Çünki S.Sərkisyanın gələcəyinə bel bağladığı qızı və kürəkəni hal-hazırda Vatikandadır. Bütün bunların fonunda dünya mətbuatında Ermənistanın şahmat ölkəsi olması, şahmatın orta məktəblərdə tədris edilməsi, ölkə prezidentinin həm də Şahmat Federasiyasının prezidenti olması barədə dərc olunan materialların əsl məqsədi də erməni etnokriminallığından diqqəti yayındırmaqdır. Həm prezident S.Sərkisyan, həm də Erməni Apostol Kilsəsinin başçısı II Qaregin etnokriminalların pulundan asılı olduqları üçün belə yazıları təşkil edirlər. 3 ildə 100 erməni etnokriminalı həbs olunub. Fəaliyyətdə olanların sayı bilinmir. Amma bu 3 ildə Ermənistan şahmat üzrə bir beynəlxalq qrossmeyster yetişdirməyib. Şahmatın inkişafı pul tələb edir. Erməni etnokriminallığının inkişafı isə Sərkisyan və II Qareginə pul gətirir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti