Prezident İlham Əliyev: Azərbaycan Yunanıstan iqtisadiyyatına sərmayə qoymaqda maraqlıdır (FOTO)

Prezident İlham Əliyev: Azərbaycan Yunanıstan iqtisadiyyatına sərmayə qoymaqda maraqlıdır (FOTO)

Azərbaycan, Bakı, 17 iyun /Trend/

Yunanıstan ilə Azərbaycan arasında əlaqələr qədim tarixə malikdir. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyunun 16-da Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyasın adından verilən dövlət naharında çıxışı zamanı deyib.

Prezident İlham Əliyev qonaqpərvərliyə görə minnətdarlığını bildirib və qeyd edib ki, bu, onun Yunanıstana ikinci səfəridir. Dövlət başçısı budəfəki səfərinin yekunlarını yüksək qiymətləndirib və aparılan danışıqların, imzalanan sənədlərin iki ölkə arasında münasibətlərin daha da genişlənməsində mühüm əhəmiyyət kəsb edəcəyinə əminliyini bildirib.

Prezident İlham Əliyev ölkələrimizin münasibətlərinin müasir dövrdə daha da inkişaf etdiyini vurğulayıb: "Hələ XII əsrdə yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəvi Böyük İsgəndərə ithaf etdiyi "İsgəndərnamə" poemasında Aristotel, Arximed, Sokrat, Platon və digər görkəmli yunan mütəfəkkirlərindən bəhs edir. Bu gün Yunanıstan-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Ölkələrimiz arasında siyasi əlaqələr və faydalı dialoq iqtisadiyyat, mədəniyyət və humanitar sahələrdə münasibətlərimizin inkişafına təkan verir. Biz, həmçinin müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq edirik. Avropa İttifaqı ilə münasibətlərimizin inkişafında Yunanıstan çox müsbət rol oynayır. Biz də bunu yüksək qiymətləndiririk. Əminəm ki, Yunanıstan Avropa İttifaqı Şurasında sədrliyi dövründə olduğu kimi, gələcəkdə də Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafına öz töhfəsini verəcəkdir".

Azərbaycan Prezidenti son dövrlər enerji sahəsində əldə edilən nailiyyətləri əməkdaşlığın uğurlu göstəricisi hesab etdiyini bildirib: "Biz enerji sahəsi ilə yanaşı, digər sahələrdə də əlaqələrimizin genişlənməsinə mühüm əhəmiyyət veririk. Azərbaycan Yunanıstan iqtisadiyyatına sərmayə qoymaqda maraqlıdır. Biz imkanların araşdırılması və yeni layihələrin həyata keçirilməsi istiqamətində bundan sonra da çalışacağıq".

Dövlət başçısı Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadə etmək məqsədilə neft-qaz kəmərlərinin şaxələndirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlərdən də danışıb. Avropanın ən nəhəng layihələri olan TAP və TANAP layihələrinin icrası nəticəsində Azərbaycanın təbii ehtiyatlarının Avropanın enerji təhlükəsizliyindəki rolu daha da artacaqdır.

Prezident İlham Əliyev ölkəmizin regionda təhlükəsizliyin və sabitliyin tərəfdarı olduğunu vurğulayıb və bu sabitliyə əngəl olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti barədə danışıb: "Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi - tarixi torpağımız Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon işğal olunmuş, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılmış və bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı dörd qətnaməsi vardır ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edir. Qoşulmama Hərəkatı, ATƏT, NATO, Avropa Parlamenti, AŞPA, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar da oxşar qərar və qətnamələr qəbul etmişdir. Münaqişə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır".

Çıxışının sonunda Prezident İlham Əliyev Yunanıstan dövlətinin başçısını ölkəmizə rəsmi səfərə dəvət edib.

Qeyd edək ki, iyunun 16-da Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyasın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə dövlət naharı verilib.

Mərasim Azərbaycanın və Yunanıstanın dövlət himnlərinin səslənməsi ilə başlayıb.

Naharda çıxış edən Yunanıstan Prezidenti Karolos Papulyas Azərbaycan dövlətinin başçısını bir daha Afinada salamladı və bu səfərin ikitərəfli münasibətlərin bütün istiqamətlərini daha da dərinləşdirməyə xidmət edəcəyini bildirib.

"Bizim danışıqlar bir daha qarşılıqlı inam və hörmətlə xarakterizə olunan yüksək siyasi əlaqələrimizi təsdiq edib", - deyən Yunanıstan dövlətinin başçısı iqtisadi sahədə əməkdaşlıq üçün böyük potensialın olduğunu diqqətə çatdırıb: "Azərbaycan dünyanın ən əhəmiyyətli neft-qaz istehsalçılarından biridir və buna görə o, beynəlxalq aləmdə böyük nüfuza malikdir. Bu fakt, həmçinin Azərbaycanın Avropaya təbii qaz nəqli üçün TAP boru kəmərini seçməsindən sonra bizim enerji münasibətlərimizin xüsusi dinamikasında əksini tapıb. TAP bir başlanğıcdır. Enerji sahəsində əməkdaşlığımız Azərbaycan və Yunanıstan arasında münasibətlərin dərinləşməsi və ölkənizin Avropa ilə Asiya arasında geostrateji və geoiqtisadi mövqeyini gücləndirəcək bir şəkildə inkişaf etməlidir".

Yunanıstan Prezidenti qeyd edib ki, Qafqaz ərazisi Avropa İttifaqı üçün xüsusi əhəmiyyət kəsb edir. Buna görə də Yunanıstanın Avropa İttifaqı Şurasına sədrliyi İttifaqla Azərbaycan arasında münasibətlərin daha sürətli inkişafına yardım edir: "Bilirsiniz ki, Yunanıstanın Qafqaz regionu ilə çoxəsrlik tarixi əlaqələri vardır. Biz bölgədə təhlükəsizliyi və sabitliyi həmişə dəstəkləyir və inanırıq ki, bu, regional əməkdaşlığa və rifaha səbəb olacaqdır. Yunanıstan xarici siyasətində Dağlıq Qarabağ da daxil olmaqla münaqişələrin sülh yolu ilə həllinə həmişə tərəfdar olub. Biz münaqişənin tezliklə milli suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanan beynəlxalq hüquq çərçivəsində qaneedici həllinin tapılmasını arzu edirik".

Yunanıstan Prezidenti çıxışının sonunda ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşməsinə və möhkəmlənməsinə əminliyini ifadə edib.

Bitkoinin qiyməti kəskin şəkildə düşüb
Bitkoinin qiyməti kəskin şəkildə düşüb
"Belavia" Bakıdan Minskə uçuşları bərpa edir
"Belavia" Bakıdan Minskə uçuşları bərpa edir
“ADY Express” Astara terminalında aşırılan yükün həcmini artırıb
“ADY Express” Astara terminalında aşırılan yükün həcmini artırıb
Loading Bars
Xəbər lenti
Bitkoinin qiyməti kəskin şəkildə düşüb
"Euronews" erməni işğalından azad edilmiş Ağdamdan süjet hazırlayıb (VİDEO)
Ermənistanda rusiyalı hərbçinin meyiti tapılıb
"Belavia" Bakıdan Minskə uçuşları bərpa edir
Çavuşoğlu və Stoltenberq Dağlıq Qarabağı müzakirə ediblər
Sağlamlıq imkanları məhdud şəxslər həmyaşıdları ilə birlikdə oxuyacaqlar - Deputat
Azərbaycan gimnastları Kiyevdə Avropa Çempionatının finalına çıxıb
“ADY Express” Astara terminalında aşırılan yükün həcmini artırıb
Rəqəmsal ödəmələr nə üçün önəmlidir?
Mingəçevir Dövlət Universitetində tədris prosesi uğurla davam etdirilir
Fransa senatının qətnaməsi qərəzlidir - Deputat
Dünya Bankı Azərbaycanda kənd təsərrüfatı layihəsinin müddətini uzadıb
Mətbuat Şurası Fransanın kütləvi informasiya vasitələrinə müraciət edib
Baş Prokurorluğun "Facebook" səhifəsi rəsmi olaraq mavi nişan ilə təsdiqlənib
Koronavirusla bağlı aparılan testlərin bitməsi barədə məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Azərbaycan Fransaya nota verib
Müasir həllərin inteqrasiyası onlayn satışların artmasına yol açıb
Aİİ-də Vasim Məmmədəliyevin xatirəsinə həsr olunmuş respublika elmi konfransı panellərlə davam edib (FOTO)
Kəlbəcərin danışıqlar masasında geri qayıtarılması diplomatik qələbənin də bizimlə olduğunu göstərir - Deputat
Üç “hər şey” siyasəti və ya Ermənistanın “yandırılmış torpaq” taktikası (FOTO)
Rusiya Müsəlmanlarının Ruhani İdarəsinin və Rusiya Müftilər Şurasının sədri Prezident İlham Əliyevi təbrik edib
Daha 3 şirkət Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti olub
Ermənistan parlamentində dava (VİDEO)
20 obyektdə epidemiya əleyhinə rejim pozulub - Nazirlik
Maliyyə Nazirliyi 170 min manatdan çox məbləğdə müqavilə imzalayıb
Qarabağda investisiya qoyulması üçün geniş imkanlar yaradılacaq - Mikayıl Cabbarov
iPhone 12 Pro Max və iPhone 12 Mini Azercell Eksklüziv mağazalarında!
Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə COMCEC-in 36-cı sessiyasının açılış mərasimi olub (FOTO)
Koreya səfirliyi məcburi köçkünlərə dəstək tədbirlərini genişləndirəcək (FOTO)
AzTU-nun 70 illiyinə həsr olunan konfrans keçirilib (FOTO)
Noyabrın 27-də manatın dollara qarşı məzənnəsi
Aminin qaytarılması ilə bağlı yayılan məlumatlar yalandır - Əsir əsgərin qohumu
Azərbaycanda 3705 nəfər COVID-19-a yoluxub, 1609 nəfər sağalıb, 32 nəfər vəfat edib
Bu qətnamənin qəbulu Fransa siyasəti və parlamentarizmi üçün olduqca utancverici bir addımdır - Vüqar Rəhimzadə
Azərbaycanda dini tolerantlıq səviyyəsi Fransadan daha yüksəkdir - ISESCO-nun sabiq baş direktoru
Naxçıvanın xarici ticarət dövriyyəsi artıb
Qarabağdakı xristian abidələri qədim Azərbaycan-Albaniya mirasıdır - Yaqub Mahmudov
Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağı diplomatik hədəfinə nail olmağı bacardı - Deputat
İtaliyanın bir sıra bələdiyyələri Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirən sənədlər qəbul edib
MDB PA-nın 3 daimi komissiyasının videokonfrans formatında iclasları keçirilib
Ermənistanda iqtisadi və siyasi böhran göz qabağındadır - Armen Sarkisyan
PAŞA Bankdan kiçik və orta biznes sahibləri üçün “Black Friday” endirimləri!
Bərpa olunan enerji ilə bağlı pilot layihələrin həyata keçirilməsi üzrə Komissiyanın dördüncü iclası keçirilib (FOTO)
Noyabr ayı üzrə ünvanlı sosial yardımlar ödənildi
Fransa senatının qəbul etdiyi qətnamə ləğv edilməlidir - QHT sədri
Aİİ-də akademik Vasim Məmmədəliyevin xatirəsinə həsr olunmuş respublika elmi konfransı öz işinə başlayıb (FOTO)
Türkiyənin axtarışa verdiyi şəxs Azərbaycanda həbs edildi
Fransa Senatının qətnaməsi bu ölkənin vasitəçi mandatını tabuta qoydu
İsmayıllıda koronavirus xəstəsi barədə cinayət işi başlanıb
Ceyhun Bayramov və Səudiyyə Ərəbistanının xarici işlər naziri telefonla danışıblar
Fransada bir qrup siyasi avantürist ölkənin xarici siyasətini erməni maraqlarının girovuna çevirib - Deputat
Ceyhun Bayramov indoneziyalı həmkarı ilə telefonla danışıb
Fransa tənzimləmənin deyil, problemin bir parçasıdır - Hulusi Akar
Fransa senatının bu addımı Azərbaycana və beynəlxalq hüquqa hörmətsizlikdir - QHT sədri
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Səfərbərlik üzrə hərbi xidmətə çağırılan tələbələrə nə vaxtadək məzuniyyət veriləcək? - Nazirlik açıqladı
Fransa Senatının qərəzli addımı siyasi təxribatdır - Siyavuş Novruzov
Ceyhun Bayramovla Əfqanıstanın xarici işlər naziri arasında telefon danışığı olub
Rabitə Nazirliyi startapları maliyyələşdirməyə hazırdır
Azərbaycan yolların keyfiyyətinə görə 141 ölkə arasında 24-cü yerdə qərarlaşıb
Üç rayonda şəhid ailələri və müharibə əlillərinə mənzil və fərdi evlər verilib (FOTO)
İranda koronavirusa yoluxanların sayı 900 min nəfəri keçib
Abşeronda ekoloji problemlərin həlli istiqamətində hansı işlər görülməlidir? - Nazirlik rəsmisindən açıqlama
Hava şəraiti dəyişəcək - Xəbərdarlıq
DİN koronavirusla bağlı vətəndaşlara xəbərdarlıq etdi
Elə təəssürat yaranır ki, 12 ballıq zəlzələ olub - “Associated Press” Ağdamdan yazdı
AQTA ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarların maarifləndirilməsini davam etdirir (VİDEO)
İsveçrə bərpa olunan enerji sahəsində Azərbaycanla əməkdaşlıqda potensial görür - Dövlət Katibliyi
“Əminəm ki, belə çətin günlərdə müştərilərə dəstək olmağımızın bəhrəsini yaxın gələcəkdə mütləq görəcəyik”: Dariuş Katsprşik, “AccessBank”ın Müşahidə Şurasının üzvü
KOBİA yanında İctimai Şuranın yeni tərkibi müəyyən olunub (FOTO)
Milli Məclisin Fransa Senatının qətnaməsi ilə bağlı etiraz bəyanatının tam mətni açıqlandı
“Ukrtransnafta” 138 min tona yaxın "Azeri Light" nefti nəql edib
Hostimul Black Friday kampaniyasına start verib
Vasitəçiyə inam yoxdursa, demək o artıq vasitəçi ola bilməz - Əli Əhmədov
Türkiyə və İran səfirləri Qarabağı müzakirə ediblər
Fransa Azərbaycanın etimadına layiq deyil - Fransalı senator
Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi Qarabağın iqtisadi inkişafına necə təsir edəcək? - Videoşərh
Erməni qoşunlarının bütün terror aktları Avropa ölkələri tərəfindən pislənməlidir - Piter Teys
Bu sənətin arxasınca getdiyim üçün heç vaxt peşman olmamışam - Usta ilə söhbət
Kabel televiziyası operatorları işğal olunmuş ərazilərdə şəbəkələri tam işə salmağa hazırdır
Fransa Senatının Ermənistanı müdafiə etməyə cəhd göstərməsi olduqca gülünc görsənir - Naqif Həmzəyev
Ombudsmanın Cəlilabad Regional Mərkəzi Uşaq Hüquqları Aylığı çərçivəsində onlayn tədbir keçirib
Bu dərsliklərin yenidən yazılması gündəmdədir - Təhsil Nazirliyi
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Fransadakı soydaşlarımız ölkə senatının üzvlərinə müraciət edib
Tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib (FOTO)
Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə məqsədilə yeni layihənin icrasına başlanıb
Elşad Hacıyev yeni vəzifəyə təyin edildi
Hər bir insana potensial koronavirus daşıyıcısı kimi baxmalıyıq - TƏBİB
Fransa senatı demokratik dəyərlərə xəyanət edib - Türkiyə hökuməti
Sabah Bakıya yağış, rayonlara qar yağacaq
Pambıq yığımında növbəti rekord göstərici qeydə alınıb
Milli Məclis Vətən müharibəsi ilə əlaqədar yeni orden və medalları təsdiqlədi
"Vətən Müharibəsi Qəhrəmanı" adı təsis edildi - Əsasnamə təsdiqləndi
"Buta Airways" İzmir istiqamətində uçuşların sayını artırır
Rusiyada gün ərzində 524 nəfər koronavirusdan öldü
Bakı-Tbilisi-Ceyhan vasitəsilə Türkiyəyə neft nəqli artıb
Milli Məclis Fransanın həmsədrlikdən çıxarılması üçün hökumətə çağırış edib
Poltavadakı diaspor fəalları Qələbədən qürurlandıqlarını bildiriblər (FOTO)
Etirazçılar Fransa səfirliyi qarşısında bəyanat səsləndirib (ƏLAVƏ OLUNUB) (FOTO/VİDEO)
Bütün xəbərlər