...

Zahid Oruc: Ermənistanın NATO PA-da qalması NATO prinsiplərinə ziddir

Siyasət Materials 19 İyun 2014 16:49 (UTC +04:00)
Ermənistan nümayəndə heyətinin işğalçı olmaq azmış kimi, hələ müxtəlif tədbirlərdə bunu sübuta yetirməyə çalışmaları, tolerantlıqdan çox uzaq olmaları, mədəni diskussiyalara yarımamaları, səngərdə erməni kimdirsə, masa arxasında da eyni mahiyyətli bir şəkildə fəaliyyət göstərmələri NATO Parlament Assambleyasına, onun rəhbərliyinə qarşı son dərəcə hörmətsizlikdir, həm də onun prinsip və dəyərlərini əngəlləməkdir.
Zahid Oruc: Ermənistanın NATO PA-da qalması NATO prinsiplərinə ziddir

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir Elçin Mehdiyev/

Ermənistan nümayəndə heyətinin işğalçı olmaq azmış kimi, hələ müxtəlif tədbirlərdə bunu sübuta yetirməyə çalışmaları, tolerantlıqdan çox uzaq olmaları, mədəni diskussiyalara yarımamaları, səngərdə erməni kimdirsə, masa arxasında da eyni mahiyyətli bir şəkildə fəaliyyət göstərmələri NATO Parlament Assambleyasına, onun rəhbərliyinə qarşı son dərəcə hörmətsizlikdir, həm də onun prinsip və dəyərlərini əngəlləməkdir.

Bu barədə Trend-ə Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Zahid Oruc iyun ayının 15-18-i tarixlərində Bakıda keçirilən NATO PA-nın növbəti "Rouz-Rout" seminarında Azərbaycanın Ermənistanın NATO PA-dan çıxarılması ilə bağlı təklifini şərh edərkən deyib.

Z.Oruc qeyd edib ki, Avropa bəzən sadəcə presedent hüquqları ilə hərəkət edir və onlar bunu kazuslarla addımlar atmaq adlandırırlar: "Belə olan tədqirdə Ukrayna böhranı ətrafında Avropa İttifaqının, NATO Parlament Assambleyasının tutduğu mövqenin təkrarının eynən Ermənistana qarşı tətbiq edilməsi istənilmişdi və bu, Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri, parlamentarilər tərəfindən dəfələrlə qaldırılırdı ki, əgər həqiqətən də NATO ərazi bütövlüyü məsələlərində israr edirsə və Ukrayna məsələsində siyasi və təhlükəsizlik yardımları göstərməyə çalışırsa, eyni adekvat mövqe Dağlıq Qarabağ üçün də tətbiq olunmalıdır. Məhz buna görə də biz o mövqedən çıxış etdik və çox ciddi mövqelər ortalığa qoyuldu".

O vurğulayıb ki, bu məsələnin nə qədər hüquqi və ciddi əsasları olmasına baxmayaraq, NATO-nun mövqeyi sadəcə bundan ibarətdir ki, əgər Ermənistan kənarlaşarsa, bu, avtomatik olaraq bütün danışıq və dialoq mühitinin ortadan qalxmağı deməkdir: "Belə olan tədqirdə Rusiyanın bölgədə avtoriteti daha çox qalacaq. Ona görə də bunlar düşünürlər ki, guya Ermənistanı gətirib bizimlə danışığa qoşmaqla Rusiyanı kənarlaşdıra biləcəklər. Yəni bunlar düşünürlər ki, Ermənistanla Azərbaycan arasında dialoq NATO-nun xeyrinə, Rusiyanın ziyanına işləyir. Halbuki bu, çox yanlış mövqedir, çünki faktiki olaraq NATO öz dəyərlərinə və prinsiplərinə hörmət etməyib, Ermənistana sanksiyalar tətbiq etmədikcə, Ermənistan bundan azğınlaşır və özünün fəaliyyət dairəsini genişləndirməyə çalışır".

Z.Oruc əlavə edib ki, NATO PA-nın yuxarı qurumları üçün mühüm materiallar, əsas ideyalar və tezislər hazırlayan bu "Rouz-Rout" formatı ermənilərin büsbütün məğlubiyyəti ilə keçdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti