...

Azərbaycan və İran rabitə və informasiya texnologiyaları sahəsində yeni sənəd imzalayacaqlar

Siyasət Materials 24 İyul 2014 10:23 (UTC +04:00)
İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla görüşüb.
Azərbaycan və İran rabitə və informasiya texnologiyaları sahəsində yeni sənəd imzalayacaqlar

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir Təmkin Cəfərov/

İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla görüşüb. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumata əsasən, görüşdə tərəflər iki ölkə arasında rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişafının zəruriliyindən danışıb və əməkdaşlığın gələcək perspektivlərini müzakirə ediblər.

Görüşdə Ə.Abbasov İrana sonuncu səfərindən bəhs edib və bu ölkənin rəsmiləri ilə keçirdiyi görüşlərin səmərəli olduğunu bildirib: "İki ölkə arasında rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişafı üçün sənəd hazırlanıb və yaxın gələcəkdə imzalanacaq".

Görüşdə İranın Azərbaycandakı səfiri M.Pakayin, öz növbəsində, iki ölkənin özəl sektorunda çalışan şirkətlər arasında əməkdaşlığın inkişafının zəruriliyindən danışıb. O bildirib ki, yaxın gələcəkdə İranın rabitə və informasiya texnologiyaları sahəsində çalışan tanınmış şirkətlərindən ibarət nümayəndə heyəti Bakıya gələcək.

Qeyd edək ki, Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Ə.Abbasov iyun ayında İranda rəsmi səfərdə olub və bir sıra görüşlər keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti