...

Vladimir Putin: Rusiya və Azərbaycanın münasibətləri yüksələn xətt üzrə inkişaf edir

Siyasət Materials 9 Avqust 2014 16:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 avqust /Trend/

Rusiya və Azərbaycan arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Trend İTAR-TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə "Boçarov Ruçey" iqamətgahında Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə bildirib.

Vladimir Putin deyib: "Bizim çoxlu ikitərəfli və regional məsələlərimiz var. Allaha şükür ki, münasibətlərimiz inkişaf edir, özü də yüksələn xətt üzrə. Biz öz səviyyəmizdə, hökumətlər səviyyəsində müntəzəm əlaqə saxlayırıq. İqtisadi, humanitar əlaqələr inkişaf edir, başqa istiqamətlər üzrə də əvvəllər görünməmiş dərəcədə fəal əməkdaşlıq edirik. Ümumiyyətlə, bu bizim ikitərəfli əlaqələrimizdə daim möhkəmlənən etimad elementidir. Biz buna çox şadıq".

Putin, həmçinin bildirib ki, Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı köhnə, ağrılı problemlər barədə də söhbət aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti