Azərbaycan, Bakı, 16 sentyabr /Trend/
Ukrayna Ali Radası Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarının statusu haqqında qanun qəbul edib. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.
Qanun yerlərdə seçkilərin keçirilməsini və münaqişə iştirakçılarına amnistiyanı nəzərdə tutur.
Ukraynada vəziyyətin nizamlanması üzrə üçtərəfli əlaqə qrupunun Minskdəki görüşünün yekunları ilə bağlı imzalanmış protokol Donetsk və Luqanskın xüsusi statusu haqqında qanunun qəbul edilməsini, növbədənkənar seçkilərin keçirilməsini təklif edir. Sənəd 12 bənddən ibarətdir.