...

Səfirlik: ABŞ gələcəkdə də Azərbaycanla mülki aviasiya sahəsində işin davam etdiriləcəyinə ümid edir

Siyasət Materials 25 Sentyabr 2014 12:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir Səbinə Əhmədova/

ABŞ hökuməti gələcəkdə də Azərbaycanla mülki aviasiya sahəsində işi davam etdirmək və iqtisadi əməkdaşlığı gücləndirmək ümidindədir. Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Məlumatda bildirilir ki, "Azərbaycan Hava Yolları" QSC-nin Birləşmiş Ştatlara həyata keçirdiyi ilk birbaşa uçuşun gerçəkləşməsi ABŞ və Azərbaycan hökumətlərinin bir neçə illik əməkdaşlığının zirvə nöqtəsidir: "Bu kimi uçuşlar turizmin və yük daşımalarının inkişafına təkan verəcək və insanlar arasında münasibətləri genişləndirərək iki dövlət arasında olan dostluğu gücləndirəcək".

Səfirliyin məlumatında qeyd olunur ki, ABŞ-ın Ticarət və İnkişaf Agentliyi Beynəlxalq Aviasiya Təşkilatının üzvü olan Azərbaycana edilən aviasiya təhlükəsizliyinin texniki yardımının iki mərhələsini maliyyələşdirib: "Bunun sayəsində Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası Azərbaycanın üzərinə düşən səkkiz mühüm təhlükəsizlik elementinə dair öhdəlikləri daha səmərəli yerinə yetirə bilib. 2014-cü ilin martında isə beynəlxalq aviasiya təhlükəsizliyinin qiymətləndirilməsini uğurla keçən Azərbaycan ABŞ-ın Federal Aviasiya Administrasiyası tərəfindən aviasiya təhlükəsizliyi sahəsində 1-ci ranq kateqoriyası alıb. Bu isə Azərbaycanın hava daşıyıcılarına birbaşa ABŞ-a uçuş etmək icazəsi verir. "Azərbaycan Hava Yolları" və ABŞ-ın Nəqliyyat Təhlükəsizliyi Administrasiyasının son aylarda etdiyi əməkdaşlıq nəticəsində Azərbaycanın ABŞ-a birbaşa hava reyslərinın keçirilməsi üçün bütün aviasiya təhlükəsizlik tələblərinə uyğun olması təmin edilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti