...

Dövlət Departamenti Xəzəryanı ölkələrin Həştərxan bəyanatını dəyərləndirdi

Siyasət Materials 1 Oktyabr 2014 10:35 (UTC +04:00)
ABŞ və Azərbaycan arasında təhlükəsizlik sahəsində əməkdaşlıq üzrə güclü əlaqələr mövcuddur. Trend-in ABŞ Dövlət Departamentinin saytına istinadən verdiyi məlumata görə, bu barədə Dövlət Departamentinin sözçüsü bildirib.
Dövlət Departamenti Xəzəryanı ölkələrin Həştərxan bəyanatını dəyərləndirdi

Azərbaycan, Bakı, 1 oktyabr/ Trend, müxbir Səbinə Əhmədova/

ABŞ və Azərbaycan arasında təhlükəsizlik sahəsində əməkdaşlıq üzrə güclü əlaqələr mövcuddur. Trend-in ABŞ Dövlət Departamentinin saytına istinadən verdiyi məlumata görə, bu barədə Dövlət Departamentinin sözçüsü bildirib.

C.Psaki Xəzəryanı ölkələrə məxsus olmayan hər hansı silahlı qüvvələrin burada yerləşməsini qadağan edən Həştərxan bəyanatına münasibət bildirərkən qeyd edib: "Biz bu bəyanatla tanış olduq. ABŞ və Azərbaycan arasında təhlükəsizlik sahəsində əməkdaşlıq üzrə güclü əlaqələr mövcuddur. Bu əməkdaşlıqda əsas diqqət sərhəd təhlükəsizliyi, terrorizmə qarşı mübarizə, NATO üzrə əməkdaşlıq və ölkənin beynəlxalq missiyalara sülhməramlılarla töhvə verməsinə yönəlir. Biz Xəzəryanı ölkələrin birgə bəyanatının bunu dəyişəcəyini gözləmirik".

Qeyd edək ki, sentyabrın 29-da Həştərxanda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov birgə Bəyanat imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti