...

Dövlət Departamenti: ABŞ Türkiyənin xaricdəki hərbi əməliyyatlarda iştirakı barədə qərarını yüksək qiymətləndirir

Siyasət Materials 3 Oktyabr 2014 12:53 (UTC +04:00)
ABŞ Türkiyə parlamentinin ölkə Silahlı Qüvvələrinin xaricdəki hərbi əməliyyatlarda iştirakına icazə verilməsi barədə qəbul etdiyi qərarı yüksək qiymətləndirir.
Dövlət Departamenti: ABŞ Türkiyənin xaricdəki hərbi əməliyyatlarda iştirakı barədə qərarını yüksək qiymətləndirir

Azərbaycan, Bakı 3 oktyabr /Trend, Rufiz Hafizoğlu/

ABŞ Türkiyə parlamentinin ölkə Silahlı Qüvvələrinin xaricdəki hərbi əməliyyatlarda iştirakına icazə verilməsi barədə qəbul etdiyi qərarı yüksək qiymətləndirir. Bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki bildirib. Trend xəbər verir ki, bu barədə cümə günü "Anadolu" agentliyi məlumat yayıb.

C.Psakinin sözlərinə görə, Vaşinqton əmindir ki, Ankara bundan sonra "İslam Dövləti" terror təşkilatına qarşı mübarizəni gücləndirəcək.

Dünən Türkiyə parlamenti ölkə SQ-nin xaricdə hərbi əməliyyatlarda iştirakına imkan verən mandatı qəbul edib.

Mandatın lehinə 396 deputatdan 298-i, əleyhinə isə 98-i səs verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti