...

Mayya Pancikidze: Gürcüstan və Rusiya yeni avtomobil yolunun tikintisini müzakirə edə bilərlər

Siyasət Materials 13 Oktyabr 2014 11:21 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 13 oktyabr /Trend, müxbir Nana Kirsxaliya/

Gürcüstanın xarici işlər naziri Mayya Pancikidze Baş nazirin Rusiya ilə münasibətlərin nizamlanması üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze və RF xarici işlər nazirinin müavini Qriqori Karasinin oktyabrın 16-da Praqada keçirilməsi planlaşdırılan görüşündə Dağıstandan Gürcüstanın Kaxeti regionuna avtomobil yolunun tikintisi məsələsinin müzakirə olunacağını istisna etməyib.

Trend-in məlumatına görə, Gürcüstan Baş nazirinin xüsusi nümayəndəsi ilə RF xarici işlər nazirinin növbəti görüşünün oktyabrın 16-da Praqada keçirilməsi planlaşdırılıb.

Bir müddət əvvəl Abaşidze bildirmişdi ki, görüşün əsas mövzusu yenə də ticarət və humanitar məsələlər olacaq. Görüşdə Aİ ilə assosiasiya haqqında sazişin implementasiyası məsələsinə də toxunulacaq.

Nazir deyib: "Hələlik bizdə avtomobil yolunun tikintisinə dair planlar haqqında məlumat yalnız KİV-dəndir. Rusiya tərəfi belə bir təkliflə bizə müraciət etməyib. Lakin bu məsələyə Abaşidze ilə Karasinin görüşündə toxunulacağı istisna deyil".

Onun sözlərinə görə, bu, Gürcüstanın Aİ ilə assosiasiyalar haqqında sazişi imzalamasından sonra ilk görüşdür: "Hələlik bizim Rusiya ilə ticari-iqtisadi əlaqələrimizdə problem yaranmayıb və əminəm ki, bundan sonra da belə olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti