...

Məclis üzvü: Müsavat rəhbərliyinin bütün addımları qeyri-qanunidir

Siyasət Materials 24 Noyabr 2014 14:30
Müsavat Partiyasının yeni rəhbərliyinin atdığı addımların hamısı qeyri-qanunidir. Bu barədə Trend-ə Müsavat Məclisinin üzvü Rüfət Əliyev partiyanın ötən gün keçirilən ümumrespublika müşavirəsində səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.
Məclis üzvü: Müsavat rəhbərliyinin bütün addımları qeyri-qanunidir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Müsavat Partiyasının yeni rəhbərliyinin atdığı addımların hamısı qeyri-qanunidir. Bu barədə Trend-ə Müsavat Məclisinin üzvü Rüfət Əliyev partiyanın ötən gün keçirilən ümumrespublika müşavirəsində səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.

R.Əliyev qeyd edib ki, hər şey göz qabağındadır: "Nəinki müsavatçılar, adi vətəndaşlar da görür ki, keçmiş başqan İsa Qəmbərin də, indiki başqan Arif Hacılının da qərarları və bəyanatları qeyri-demokratikdir. Onların tutduqları yol bundan ibarətdir. Mən lap əvvəldən həm Arif Hacılını, həm partiyanın Məclisini, həm də Divanını qeyri-legitim elan etmişəm. İndi qeyri-legitim bir qurumun durub kimisə xəyanətdə ittiham etməsinin nə qədər qeyri-obyektiv olmasını hamı görür".

R.Əliyev bir sıra üzvlərin Müsavat Partiyasından çıxarılmasını da qeyri-qanuni hesab edir: "Biz Arif Hacılını qeyri-legitim adlandırırıq, Arif Hacılı da onu qeyri-legitim adlandıranları partiyadan çıxarır. Müsavat Partiyası hər seçkidən sonra hökuməti qeyri-legitim adlandırırdı. Arif Hacılı məntiqi ilə yanaşsaydıq, onda gərək hökumət bütün müsavatçıları ölkədən çıxarardı. Ancaq Arif Hacılı bunun edir".

Narazı üzvlərin işçi qrupunun fəaliyyətinə gəlincə isə, R.Əliyev qeyd edib ki, işlər davam etdirilir: "Hələki yekun qərar yoxdu. Biz mübarizədən geri çəkilən deyilik, ədaləti bərpa edənə qədər mübarizəmizi davam etdirəcəyik".

Xatırladaq ki, müşavirədə Müsavatın sabiq başqanı İsa Qəmbər hazırkı başqan Arif Hacılının yanında olduğunu və özünə başqa lider axtaranlar üçün yolun açıq olduğunu bəyan edib. Arif Hacılı isə narazı üzvləri xəyanətkarlıqda, partiya nizamnaməsinə zidd fəaliyyətdə ittiham edib.

Qeyd edək ki, sentyabrın 27-də müxalif Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı yeni başqan seçilib. Lakin partiyanın bir sıra üzvləri seçkilərin saxtalaşdırıldığını iddia edirlər. Narazı üzvlər növbədənkənar qurultayın keçirilməsinin vacibliyini vurğulayırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti