Əli Həsənov Prezident qarşısında nələrdən danışdı?

Əli Həsənov Prezident qarşısında nələrdən danışdı?

Azərbaycan, Bakı, 10 yanvar /Trend/

"Dövlət başçısının həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində Azərbaycan 2014-cü ildə də dünyadakı mövqeyini möhkəmləndirib, beynəlxalq aləmdə ölkəmizə olan maraq daha da artıb". Trend-in məlumatına görə, bunu yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı Baş nazirin müavini, Qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin sədri Əli Həsənov bildirib.

Bu işdə Heydər Əliyev Fondunun da böyük rol oynadığını deyən Əli Həsənov qeyd etdi ki, Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik siyasət nəticəsində Azərbaycan bir çox qlobal problemlərdən qorunub: "Dünyada baş verə biləcək maliyyə böhranı barədə Siz hələ 2006-cı ildə fikir söyləmişdiniz. İki ildən sonra bu proses başlandı.

Dünyada ərzaq qıtlığı yaranacağı barədə 2008-ci ildə dediyiniz fikirlər də iki ildən sonra reallığa çevrildi. 2009-2010-cu illərdə neftdən asılılığın azaldılması barədə tapşırıq verdiniz. Beş il sonra dünyada neftin qiyməti ətrafında siyasi oyunlar başlandı.

Hər üç istiqamətdə Sizin rəhbərliyiniz və göstərişləriniz əsasında hökumət lazımi tədbirləri gördü və bu gün də bu işləri davam etdirir.

Nəticədə maliyyə böhranı ölkəmizdən yan keçdi, ərzaq təhlükəsizliyi Proqramı həyata keçirilməyə başlandı və ümumi daxili məhsul istehsalında qeyri-neft sektorunun çəkisi artıq 50 faizdən çoxdur".

Ə.Həsənov deyib ki, bu gün ölkəmizdə qalan əsas problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticəsi olaraq 1 milyon 200 min qaçqın və məcburi köçkünün sosial problemləridir: "Dünyada hər il münaqişə zonalarının və qaçqın, məcburi köçkünlərin sayı artmaqda davam edir. Əgər bu gün dünyada münaqişə zonalarının sayı 35, qaçqın və məcburi köçkünlərin sayı 52,6 milyon nəfərdisə, 30 il əvvəl bu rəqəm 12 milyon nəfər, münaqişə zonalarının sayı isə cəmi 9 olub, təxminən 4 dəfə artıb. 52,6 milyon qaçqın və məcburi köçkünün isə 6 milyonu 2014-cü ildə yaranıb.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin qaçqınlara və məcburi köçkünlərə daim həssas, diqqətli və qayğıkeş münasibəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən zamanın tələbinə uyğun olaraq daha dolğun şəkildə davam etdirilir. Ulu Öndər Dövlət Neft Fondunun ilk vəsaitini bu sahəyə yönəltməklə bütün dünyaya göstərdi ki, bu, Azərbaycanın bir nömrəli, prioritet problemidir və bu gün də qalmaqdadır.

Ölkəmizin iqtisadi, ictimai-siyasi həyatında növbəti uğurlu il hesab olunan 2014-cü ildə də öz yurdlarından zorla qovulmuş soydaşlarımızın sosial problemlərinin həlli və mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim ölkə rəhbərinin diqqət mərkəzində olmuş, bu sahə ilə bağlı qəbul edilmiş Dövlət proqramları və ona Əlavələrin icrası uğurla davam etdirilmişdir. Onların sosial problemlərinin həlli məqsədi ilə 2014-cü ildə ayrılmış 630 milyon manat həcmində vəsaitdən 273 milyonu büdcə, 300 milyonu Dövlət Neft Fondunun və 57 milyon manatı beynəlxalq humanitar və digər təşkilatların vəsaitidir. 2014-cü ildə bir nəfər məcburi köçkünə xərclənən vəsaitin həcmi təxminən 1170 manat təşkil edir ki, bu da dünyanın bütün münaqişə zonaları ilə müqayisədə ən yüksək göstəricidir".

Onun sözlərinə görə, hesabat ilində Ağdam rayonunda 632, Beyləqan rayonunda 320, Hacıqabul rayonunda 101, Gəncə şəhərində 600, Saatlı rayonunda 230, Qaradağ rayonunda 200, Mingəçevir şəhərində 594, Balakən rayonunda 45, Qaradağ rayonunda 240 və Abşeron rayonunda 160 ailə bütün sosial texniki infrastruktura malik yeni salınmış qəsəbə, yaşayış kompleksi və ya fərdi evlərə köçürülmüşdür: "2014-cü il yanvarın 20-də Gəncə şəhərində 1500, avqustun 6-da Ağdam rayonunda 632, noyabrın 14-də isə Gəncə şəhərində 600 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbələrin açılışında şəxsən iştirak etmisiniz.

Maliyyə Nazirliyinin xətti ilə zəruri dövlət ehtiyacları ilə əlaqədar 950, Yasamal rayonu ərazisində müvəqqəti məskunlaşmış 262, Axıska türklərindən 111 ailə yeni mənzillərə köçürülmüşdür.

İl ərzində 270 min kvadratmetr sahəsi olan 7 yeni yaşayış kompleksi salınmış, 2288 şagird yerlik 7 məktəb inşa edilmiş, həmçinin 6 uşaq bağçası, 6 tibb məntəqəsi tikilib istifadəyə verilmiş, 51 kilometr yol, 96 kilometr su xətti, 136 kilometr elektrik xətti, 86 kilometr qaz xətti çəkilmiş, 75 ədəd yüksəkgərginlikli transformator quraşdırılmışdır.

Beləliklə, 2014-cü ildə 4450 ailənin və ya 22 min məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır.

Qaçqın və məcburi köçkünlər üçün ümumilikdə indiyədək 2,8 milyon kvadratmetr yaşayış sahəsi olan 89 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət müasir yaşayış kompleksi salınmış, 46 min ailə və ya 230 min nəfər qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılmışdır. Bundan da 42 min ailə, yaxud 210 min nəfər (91 faiz) son 11 ilin payına düşür.

Son 11 ildə məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 3,6 dəfə, kommunal xidmətlərə görə vəsaitin miqdarı 4,5 dəfə, Dövlətqaçqınkomun illik büdcəsi isə 5,5 dəfə artmışdır.

Dünya Bankı və Azərbaycan Hökuməti arasında bağlanılmış kredit sazişi üzrə 325 min nəfərin faydalandığı və dəyəri 30 milyon manat təşkil edən 520 mikrolayihə icra edilmişdir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə son 11 ildə 2000 məcburi köçkün sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 40 milyon manat güzəştli kredit verilmişdir.

Həyata keçirilən tədbirlər nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi son 11 ildə 75 faizdən 10 faizədək azalmışdır.

Diqqətinizə çatdırmaq istərdim ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün son 20 ildə 5,1 milyard manat vəsait sərf olunmuşdur. Bunun 2,3 milyard manatı dövlət büdcəsinin, 1,8 milyard manatı Dövlət Neft Fondunun, 1 milyard manatı isə beynəlxalq maliyyə qurumlarının və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir.

Bu vəsaitin 86 faizi, yaxud 4,4 milyard manatı son 11 ildə istifadə olunmuşdur".

Ə.Həsənov qeyd edib ki, respublikamızın şimal bölgələrində - Balakən, Zaqatala, Qax, Oğuz, İsmayıllı, Quba, Qusar, Xaçmaz rayonlarında 2000 ailə və ya 8500 məcburi köçkün üçün yeni qəsəbələrin salınması məqsədilə 360 hektar torpaq sahəsi ayrılıb. Artıq Balakən, Qəbələ və İsmayıllı rayonlarında işlərin bir qismi icra olunub, Zaqatala rayonunda isə həmin işlərin 2015-ci ildə həyata keçirilməsi nəzərdə tutulub. Digər rayonlarda isə müvafiq layihə işləri görülür: "Bununla yanaşı, qeyd etmək lazımdır ki, məcburi köçkünlərin xeyli hissəsi hələ də çətin şəraitdə yaşayır. Ona görə də Sizin tapşırığınıza əsasən bu məqsədlə yeni Dövlət Proqramının layihəsi hazırlanır".

Ə.Həsənov daha sonra deyib: "Ötən ilin iyul ayında öz əzizlərinin məzarlarını ziyarət məqsədi ilə Kəlbəcərə gedərkən ermənilər tərəfindən girov götürülmüş və beynəlxalq qanunlara hörmətsizlik edilərək mühakimə olunmuş iki məcburi köçkünün azad olunması istiqamətində Soçi görüşündə iştirakçı ölkələrin prezidentləri ilə ciddi müzakirələr apardınız, Ermənistan rəhbərliyinə layiq olduğu qiyməti verdiniz. Mütəmadi olaraq görüşlərdə bu problemi qaldırmağınız, hər 3 ailənin mənzillə təmin olunmasına dair humanist tapşırıq verməyiniz, Şahbaz Quliyevin Rusiya Federasiyasının vətəndaşı olan həyat yoldaşının işlə təmin edilməsi barədə verdiyiniz tapşırığın icrası, ermənilər tərəfindən qətlə yetirilmiş məcburi köçkün Həsən Həsənovun nəşinin qaytarılması - bütün bunlar onların ailə üzvləri və Azərbaycan ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.

Tapşırığınıza əsasən, məsələ ilə bağlı başda BMT-nin baş katibi olmaqla, 7 beynəlxalq təşkilata müraciətlər göndərilib. Onların hamısından cavab alınıb. Bəziləri baş vermiş hadisəyə görə sadəcə təəssüfləndiklərini bildirir, bəziləri hətta üzr istəyir, bəziləri isə formal, bürokratik münasibət bəsləyirlər.

Bildirmək istərdim ki, fəaliyyətə başladığı ilk gündən etibarən Heydər Əliyev Fondu və onun prezidenti, hörmətli Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycanda və dünyada humanitar, həmçinin sosial problemlərin həlli, yoxsul və ehtiyacı olan insanlara maddi və tibbi dəstək, təhsil, mədəniyyət sahələri üzrə layihələr reallaşdırılmaqla yanaşı, ölkəmizdəki qaçqın və məcburi köçkünlərin üzləşdikləri problemlərin dünya ictimaiyyətinə çatdırılmasına və onların həllinə də daim diqqətlə yanaşır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə irəli sürülmüş "Xocalıya ədalət" kampaniyası çərçivəsində görülən işlərin nəticəsində artıq 8 dövlətin parlamentləri və ABŞ-ın 15 ştatı Xocalı qətliamını soyqırımı kimi rəsmi qaydada qəbul etmişdir.

Baş nazirin müavini qeyd edib ki, 2015-ci il dünyada çətinliklər ili hesab edilir: "Ancaq biz əminik ki, Sizin uzaqgörənliyiniz sayəsində ölkəmiz 2015-ci ili də uğurla başa vuracaq.

Sizi əmin edirəm ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı bütün tapşırıqlarınız bundan sonra da vaxtından əvvəl və yüksək keyfiyyətlə yerinə yetiriləcək, onların arasında ictimai-siyasi sabitlik həmişə qorunub saxlanılacaqdır".

“Bakcell”dən onlayn iş və təhsil üçün internet paketi
“Bakcell”dən onlayn iş və təhsil üçün internet paketi
Xaçmazın kəndlərində internet avadanlıqlarının modernləşdirilməsi davam edir - Nazirlik
Xaçmazın kəndlərində internet avadanlıqlarının modernləşdirilməsi davam edir - Nazirlik
Azərbaycanın azad edilmiş ərazilərində "ağıllı" layihələr üçün strateji planlar hazırlanır
Azərbaycanın azad edilmiş ərazilərində "ağıllı" layihələr üçün strateji planlar hazırlanır
Loading Bars
Xəbər lenti
Prezident İlham Əliyev: İndi bütün dünya bilir ki, Azərbaycan xalqı XX əsrin sonunda soyqırımına məruz qalıb
Ermənistan parlamentinin binasına əlavə polis qüvvələri cəlb edilib
Prezident İlham Əliyev: Ermənistanın indi çox ağır durumda olmasının səbəbkarları indiki və keçmiş rəhbərləridir
Dini mərasimlər və toyların təşkilinin bərpası ilə bağlı müvafiq addımlar atılacaq
Xocalı soyqırımı heç zamanı unudulmayacaq bir faciədir - Ombudsman
İranın səfirliyi Xocalı soyqırımı ilə bağlı paylaşım edib
Hərbi əsirlərlə bağlı məsələ mütəmadi olaraq diqqətdə saxlanılır - Ombudsman
Prezident İlham Əliyev: Laçın və Zəngilanda da aeroport tikmək planımız var
Dünyaca məşhur fotoqraf Reza Deqati Xocalı faciəsi barədə fotofaktları təqdim edib
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Qazaxıstan səfirliyi Xocalı faciəsi ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib
Bu gün bütün ölkə ərazisində Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
Ağdam rayonunun Tərnöyüt kəndi (FOTO/VİDEO)
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb
“Xocalı ağrısından gələcəyə baxış” adlı beynəlxalq onlayn konfrans keçirilib (FOTO)
Gömrük Akademiyasında “Xocalıya Zəfərlə” adlı anım tədbiri keçirilib (FOTO)
Xocalı soyqırımı qurbanlarının qisası alındı - Deputat
“Xocalı soyqırımını unutmayaq” müsabiqəsininin qalibləri müəyyən edilib (FOTO)
Bəşəriyyətə qarşı bu cinayəti unutmadıq, unutmayacağıq - Mövlud Çavuşoğlu
Azərbaycan ilk dəfə Xocalı faciəsini qalib ölkə kimi anır - ADA Universitetinin rektoru
Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirir - CANLI
Regionda yeni reallıq yaransa da, Ermənistanın düşmənçilik ritorikası davam edir - Nazir
Bakının əsas prospektlərinin birində qəza olub
Dünya dövlətləri Ermənistanın minaların xəritəsini gizlətməsinə səssiz qalmamalıdır - XİN rəhbəri
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər (VİDEO)
44 günlük müharibədə də Ermənistan tərəfdən eyni terror taktikasının şahidi olduq - Ceyhun Bayramov
Baş Prokurorluq Xocalı soyqırımının ildönümü ilə bağlı videoçarx hazırlayıb
Biz Xocalı soyqırımının günahsız qurbanları üçün ədalət tələb edirik - Hikmət Hacıyev
Gənclər təşkilatları Xocalı soyqırımı ilə bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Xocalı faciəsinin ildönümü ilə bağlı paylaşım edilib (FOTO)
Xocalı faciəsini törədənlər ədalət məhkəməsi qarşısında cavab verəcəklər - Naqif Həmzəyev
Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin ilk eksponatları (FOTO)
Fevralın 26-da xarici valyutaların manata qarşı məzənnələri
XİN Xocalı soyqırımının ildönümü ilə əlaqədar bəyanat yayıb
Birinci vitse-prezident Mehriban Əliyeva: Xocalı soyqırımı kimi faciələr unudula bilməz (FOTO)
Xocalı dəhşətləri anbaan: Şahidlər ilk dəfə olaraq hadisə yerlərində danışır - Trend TV-nin reportajı
Beynəlxaq məhkəmə Xocalı soyqırımını tanımalıdır - Politoloq
Cəlilabad rayonunda 4 otaqlı ev yanıb
Meksika və Peru paytaxtlarının mərkəzi küçələrində “Xocalıya ədalət” çağırışı (FOTO/VİDEO)
Xocalı soyqırımı tarixdə ən amansız qətliam kimi qalacaq - Sevil Mikayılova
Xocalı qətliamı ABŞ-ın Yuta Universitetində müzakirə olundu
Yaponiyada fövqəladə vəziyyət rejimi paytaxt bölgəsi xaricində hər yerdə vaxtından əvvəl ləğv ediləcək
ÜST: Dünyada ötən sutka koronavirusa 421 mindən çox yoluxma qeydə alınıb
Almaniyada Xocalı soyqırımının növbəti ildönümünə həsr olunmuş ənənəvi simpozium keçirilib (FOTO)
Türkiyədə son sutkada koronavirusdan 6 210 nəfər sağalıb
Varşavadakı Azərbaycan Evində Xocalıya həsr olunmuş sərgi təşkil edilib ( FOTO)
ABŞ-ın 5 ştatında "Xocalıya ədalət!" tələbi ilə məlumatlandırma aksiyası təşkil edilib (FOTO)
Azərbaycan və Böyük Britaniya parlament dostluq qruplarının görüşündə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Xocalı soyqırımı qurbanlarının Bolqarıstanda yad edilməsinə çağırış edilib
"Arsenal" Avropa Liqasının 1/8 finalına çıxıb
XX əsrin faciəsi: Xocalı soyqırımından 29 il ötür
Mançester və Brayton şəhərlərində "Xocalıya ədalət!" tələbi ilə lövhələr yerləşdirilib (FOTO)
Mingəçevir Dövlət Universitetində Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)
Qarabağ hazırda "Böyük Qayıdış" bölgəsidir, hərbiçilərimiz isə daim dövlətin diqqət mərkəzindədir - Arzu Nağıyev
Ottava şəhərindəki "Qarabağ” Azərbaycan dili məktəbində Xocalı soyqırımından danışılıb
Niderlandda “Xocalıya ədalət!” tələbinin əks olunduğu poçt markaları buraxılıb
Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi Polşada anılıb (FOTO)
Erik Rondolat: Azərbaycan Prezidenti bir lider olaraq vəziyyətdən düzgün çıxış yolunu tapa bildi
Britaniya hakimiyyəti ölkədə koronavirus üzrə təhlükə dərəcəsini aşağı endirib
Böyük Britaniya Nümayəndələr Palatasının veb-saytında Xocalı soyqırımı ilə bağlı bəyanat yerləşdirilib
İtalyan jurnalist: Xocalı faciəsinin səbəbkarları cəzalandırılmalıdır
Göygöldə tikili yanıb
AZAL Bakıdan Kiyevə xüsusi reyslərin icrasına başlayır
Vladimir Putin ilə Nikol Paşinyan arasında telefon danışığı olub
Prezident İlham Əliyev: Bizim müvafiq strukturlarımızla beynəlxalq şirkətlər arasında əməkdaşlıq üçün böyük imkan olacaq
Azərbaycan Prezidenti: Biz hər bir şəhərin yenidən qurulması üçün baş plan hazırlayırıq
Prezident İlham Əliyev: Azərbaycan şəhərlərinin müasirləşdirilməsi prosesi davam edir
İşğadan azad edilmiş ərazilərdə yetişdiriləcək əsas kənd təsərrüfatı məhsulları bunlar olacaq
Mediada yeni düşüncə, yeni layihə və yeni baxış prizmasına ehtiyac var - Bəhruz Quliyev
Könüllülər Xocalı soyqırımına həsr olunmuş tədbir keçirdi
Qeyri-formal məşğulluğun fəsadları: İnsanlar bu hüquqlarından məhrum olurlar
Peşə təhsili üzrə “Dərs vaxtı”nın fevralın 26-na olan cədvəli
Həmsədrlər Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına dəstək göstərməlidir - Azay Quliyev
Ceyhun Bayramov İsrailin səfiri ilə görüşüb (FOTO)
ASAN könüllülərindən minlərlə uşağı əhatə edən növbəti layihə (FOTO)
Paşinyanın bəyanatı növbəti dəfə Rusiyanın nüfüzuna endirilən xain və sarsıdıcı bir zərbə oldu - Hərbi ekspert
ATƏT-in hazırkı sədri Azərbaycana səfər etmək niyyətindədir
Ağdamdakı dağıntılar rusiyalı jurnalistləri dəhşətə gətirdi - Trend TV-nin REPORTAJI
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Energetika Nazirliyində kollegiya iclası keçirilib
Azərbaycan İlahiyyat İnstitutunda Xocalı soyqırımı anılıb (FOTO)
Xocalı: Tarixə Qayıdış adlı Anım tədbiri (FOTO)
Bakıda Pakistan hərbi nümayəndə heyəti ilə görüş keçirilib
İordaniya-Azərbaycan dostluq rəmzini bildirən dairədə Xocalı soyqırımı anılıb (FOTO)
“Dostluq” yatağına dair İşçi Qrup yaradıldı - SƏRƏNCAM
Boston şəhər meri 26 fevral tarixini Xocalı soyqırımının anım günü elan edib
"Xocalı: Soyqırımın xroniikası" kitabı Ukrayna dilində təqdim edilib (FOTO)
Həmvətənlərimiz Finlandiya parlamentinə müraciət edib
ATƏT Azərbaycanın azad edilmiş ərazilərində vasitəçilik missiyalarını təşkil etməyə hazırdır
Polis zabitləri Paşinyanın istefası tələbinə qoşuldu
Xocalı soyqırımı qurbanlarının ruhu dünyanı haqqın səsinə səs verməyə çağırır - Vüqar Rəhimzadə
Yelo bankdan hamıya 14.9% ilə nağd kredit
MDU-da “Tədris prosesində innovasiya və sahibkarlıq yanaşmaları” mövzusunda təlim keçirilib (FOTO)
Şaxtadan qorunmaq üçün qurulan çadırlara 200-ə yaxın vətəndaş üz tutub - Trend TV
Prezident İlham Əliyev "Signify" şirkətinin baş icraçı direktorunu və şirkətin rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edib (FOTO) (YENİLƏNİB)
Paşinyanın bəyanatı Rusiyanın hərb sənayesinə zərbə vurmaq niyyətini güdür - Siyasi şərhçi
Həftə sonu bu ərazilərdə yenidən yarmarkalar keçiriləcək
Bakı və Sumqayıtda temperatur yüksəlib - FAKTİKİ HAVA
Azərbaycanın avtomobil yollarındakı SON VƏZİYYƏT
Azərbaycanda 126 nəfər COVID-19-a yoluxub, 142 nəfər sağalıb, 3 nəfər vəfat edib
Bütün xəbərlər