...

20 Yanvar şəhidlərinin xatirəsi Dnepropetrovsk şəhərində yad edilib (FOTO)

Siyasət Materials 19 Yanvar 2015 09:38 (UTC +04:00)
Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunun təşəbbüsü ilə Dnepropetrovsk şəhərində 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.
20 Yanvar şəhidlərinin xatirəsi Dnepropetrovsk şəhərində yad edilib (FOTO)

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunun təşəbbüsü ilə Dnepropetrovsk şəhərində 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Konsulluqdan Trend-ə bildiriblər ki, Dnepropetrovsk Vilayət Dövlət Administrasiyası rəsmilərinin, diplomatların, deputatların və yerli ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə 20 Yanvar qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

"20 Yanvar faciəsi totalitar sovet rejiminin Azərbaycan xalqına qarşı həyata keçirtdiyi tarixi cinayətdir", - mərasimə fikrini bu sözlərlə başlayan Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov son iki əsirdə erməni və ermənipərəst qüvvələrin Azərbaycan xalqına və dövlətinə qarşı həyata keçirtdikləri işğalçılıq və soyqrım siyasətini tarixi faktlarla tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Bu baxımdan 20 Yanvar faciəsinin də eyni ssenarinin tərkib hssəsi olduğunu bildirən konsul xalqımızın başına gətirilmiş hərbi-siyasi cinayətə hüquqi siyasi qiymətin verilməsində ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən söz açıb.

Mərasimdə Dnepropetrovsk Vilayət Dövlət Admnistrasiyası rəhbərinin müşaviri Boris Treyqerman və Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət təşkilatının sədri Qüdrət Hacıyev çıxış edərək indiyədək beynəlxalq təşkilatların və dünya birliyinin 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verməmələrini tarixi ədalətsizlik kimi qiymətləndiriblər. Öz qanları ilə Azərbaycanın dövlət müstəqilliyinin şərəf və şan tarixinə əbədi imza atmış qəhrəman oğul və qızlarımızın xatirəsinin heç zaman unudulmayacağını vurğulayıblar.

Tədbirdə 20 Yanvar faciəsini özündə əks etdirən videomaterial nümayiş etdirilib. Azərbaycan xalqının şan və şərəf tarixi olan 20 Yanvar hadisələrinin dünya durduqca qəhrəmanlıq təcəssümü kimi xatırlanacağı bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti