20 Yanvar faciəsini Litva ictimaiyyətinin diqqətinə çatdırmaq üçün bir sıra tədbirlər görülüb (FOTO)

20 Yanvar faciəsini Litva ictimaiyyətinin diqqətinə çatdırmaq üçün bir sıra tədbirlər görülüb (FOTO)

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

20 Yanvar faciəsinin Litva ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə Azərbaycanın Litvadakı səfirliyi tərəfindən bir sıra tədbirlər görülmüşdür.

Səfirlikdən Trend-ə verilən məlumata görə, səfirliyin təşəbbüsü ilə tarixçi-alim Alqimantas Lekis və jurnalist Gintaras Visotskas tərəfindən 20 Yanvar faciəsi ilə bağlı yazılmış məqalə KİV-lərdə dərc edilmiş, Litva Seymində (parlament) 20 yanvar 1990-cı il Bakı və 13 yanvar 1991-ci il Vilnüs faciələrinə həsr olunmuş tədbirlər keçirilmişdir.

İlk olaraq Seymin foyesində Litvanın müstəqilliyi bərpa edildikdən sonra dövlət başçısı olmuş Vitautas Landsberqisin "Günah və bağışlanma: 13 yanvar hadisələri" kitabının ingilis dilində nəşrinin təqdimatı, daha sonra isə Seymin Konstitusiya zalında "Bakı-Vilnüs: Azadlığa gedən yolda taleyüklü yanvar hadisələri" adlı konfrans keçirilmişdir.

Kitabın təqdimatında Seymin üzvləri və Litvanın ictimai-siyasi xadimləri iştirak etmişlər. Müəllif kitabında 13 yanvar Vilnüs hadisələri bağlı tarixi sənədləri təqdim edərək, o dövrdə Litvada cərəyan edən hadisələrə dair ətraflı məlumat vermişdir. Kitabda 20 yanvar Bakı hadisələrindən də bəhs olunmuşdur.

Seymin Konstitusiya zalında keçirilmiş tədbirdə Litvanın ilk dövlət başçısı Vitautas Landsberqis, Litva Respublikası Seyminin sədr müavini, seymin sabiq sədri (2009-2012-cü illərdə) İrena Dequtiene, Seymdə GUAM-a üzv ölkələrin ərazi bütövlüyü üzrə qrupun rəhbəri, Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini Mantas Adomenas və Seyminin deputatları, Litvanın 2014-cü il üzrə Azadlıq mükafatının laureatı, Polşanın keçmiş dessidenti, Polşanın "Gazeta Wyborcza" qəzetinin baş redaktoru Adam Mixnik, Litva 13 yanvar Zərərçəkənlər Cəmiyyətinin rəhbəri Arnoldas Barisas və cəmiyyətin üzvləri, ictimai-siyasi xadimlər, tanınmış tarixçilər, politoloqlar, qeyri hökumət təşkilatlarının rəhbərləri, Litva Azərbaycanlı Gənclər Təşkilatının (AYOL) üzvləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Mantas Adomenas azadlığın asan əldə edilmədiyini qeyd edərək bildirmişdir ki: "13 yanvarda biz öz müstəqilliyimiz uğrunda mübarizə aparırdıq, bu gün isə tam əminliklə deyə bilmərik ki, həmin günlər təkrarlana bilməz". O, Bakı və Vilnüs hadisələrin eyni ssenari üzrə həyata keçirildiyini qeyd edərək, yanvar faciəsi qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini təklif etmişdir.

Səfir Həsən Məmmədzadə öz çıxışında Azərbaycan da öz 13 yanvarını yaşadığını: 20 yanvar 1990-cı ildə sovet ordusunun 30 min hərbçisinin Azərbaycanın paytaxtına və ölkənin digər şəhərlərinə daxil olduğunu bildirərək, 20 yYanvar faciəsi haqqında ətraflı məlumat vermişdir. Onların əsas məqsədi müstəqillik uğrunda hərəkatın boğulması və ölkədə kommunist rejiminin dağıdılmasının qarşısının alınması olmuşdur.

Səfir keçmiş sovetin təcavüzünə məruz qalmış dövlətlərə münasibəti müqayisə edərək bildirmişdir: "Son hadisələr və beynəlxalq hüquq və prinsiplərin pozulması bizi daha da birləşdirməlidir. Dünyanın bir hissəsində ərazi bütövlüyü prinsipi o biri hissəsindəkindən vacib olmamalıdır. Xalqların müstəqilliyinə münasibət eyni olmalıdır, dövlətlərin ərazi bütövlüyü prinsipi müzakirə mövzusu olmamalıdır. Biz işğalçıların bütün hərəkatını qınamalıyıq - yaxşı və pis cinayətkar olmadığı kimi, yaxşı və pis terrorist də yoxdur".

Litvanın ilk dövlət başçısı V.Landsberqis çıxış edərək ölkələrimizi azadlıq uğrunda canını vermiş məzlumların qanı birləşdirdiyini qeyd etmişdir. O, hər iki dövlətin eyni tale yaşadığını vurğulayaraq bildirmişdir ki, "əgər bizim xalqlarımıza təhlükə təhdidi varsa, biz birləşərək bir qüvvə olmalıyıq". V.Landsberqis Cənubi Qafqazda vəziyyətin asan olmadığını və bu ağır vəziyyətdə Azərbaycana dəstək verməyə hazır olduqlarını vurğulayaraq qeyd etmişdir ki, Azərbaycanı bu günədək təhdid edirlər, ancaq bütün bunlara baxmayaraq Azərbaycan düzgün istiqamətdə hərəkət edir.

Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü, Seymin xarici əlaqələr komitəsinin sabiq rəhbəri Emanuel Zinqeris öz çıxışında iştirakçıların diqqətini Tbilisi-Bakı-Vilnüs qanlı hadisələrin müqəssirlərinin hələ də cəzalandırılmadıqları məsələsinə yönəltmişdir. Onun sözlərinə görə müqəssirlərin gizlədilməsi və hadisələrin ört-basdır edilməsi onun təkrarlanmasına gətirib çıxara bilər.

Daha sonra çıxış edən 13 yanvar Zərərçəkənlər Cəmiyyətinin rəhbəri Arnoldas Barisas tədbirin təşkilinə görə səfirliyə öz minnətdarlığını bildirmiş və 2013-cü ildə Vilnüs və Bakı hadisələri ilə bağlı səfirliklə birgə Seymdə keçirilmiş tədbirə həsr olunmuş kitabı səfir Həsən Məmmədzadəyə təqdim etmişdir. Zərərçəkənlər cəmiyyətinin rəhbəri Vilnüs və Bakı hadisələrinin bir-birindən yalnız tarixləri ilə fərqləndiyini qeyd edərək, hadisələrin digər dövlətlərdə də təkrarlanmaması üçün diqqətli olmağa çağırmışdır.

Tədbirdə Heydər Əliyevə həsr olunmuş "Hakimiyyət yükü" filmindən 20 Yanvar faciəsi ilə bağlı görüntülər və Vilnüs hadisələrinə dair video çəkiliş nümayiş olunmuş, zalının qarşısında 20 Yanvar faciəsi ilə bağlı foto-sərgi nümayiş edilmişdir.

Tədbir iştirakçıları tərəfindən 13 yanvar Vilnüs faciəsi qurbanlarının xatirə kompleksinin önünə əklil qoyulmuşdur.

Səfir Həsən Məmmədzadə 20 Yanvar faciəsi ilə bağlı Litvanın "LTR" teleradio kanalına müsahibə vermişdir.

Anım mərasimi ilə bağlı Litvanın LRT və "Penki TV" telekanallarında materiallar nümayiş edilmiş , tədbir Seymin televiziyasında və internet saytında birbaşa yayımlanmış, "ELTA", "respublika.lt", "pozela.lt", "slaptai.lt" informasiya agentlikləri və internet portallarında yazılar dərc olunmuşdur.

İtaliya Parlamenti tərəfindən qəbul edilmiş qətnamədə Azərbaycanın minalanmış ərazilərinin xəritələrinin verilməsi tələb olunub
İtaliya Parlamenti tərəfindən qəbul edilmiş qətnamədə Azərbaycanın minalanmış ərazilərinin xəritələrinin verilməsi tələb olunub
Birinci vitse-prezident Mehriban Əliyeva Od çərşənbəsi münasibətilə xalqımızı təbrik edib (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva Od çərşənbəsi münasibətilə xalqımızı təbrik edib (FOTO)
Dövlətimizin vaxtında gördüyü tədbirlər nəticəsində ermənilərin təxribatı iflasa uğradı - Komitə sədrinin müavini
Dövlətimizin vaxtında gördüyü tədbirlər nəticəsində ermənilərin təxribatı iflasa uğradı - Komitə sədrinin müavini
Loading Bars
Xəbər lenti
Türkiyədə son sutkada koronavirusdan 7 892 nəfər sağalıb
Azərbaycan mobil qurğular bazarında liderlər açıqlanıb
İtaliya Parlamenti tərəfindən qəbul edilmiş qətnamədə Azərbaycanın minalanmış ərazilərinin xəritələrinin verilməsi tələb olunub
2021-ci il Formula 1 Azərbaycan Qran Prisinin media akkreditasiya qeydiyyatı başlayıb (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva Od çərşənbəsi münasibətilə xalqımızı təbrik edib (FOTO)
Bakıda 4 marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilib
Övladınızın intihar səbəbi olmayın - AzTV (VİDEO)
Bakıda yaşayış binasında yanğın olub, bir nəfər xilas edilib
COVAX təşəbbüsü çərçivəsində ölkələrin müvafiq peyvəndlə təmin olunmasına dair verilən vədə əməl edilməyib - Agentlik
"SOCAR Turkey" IBM-in bulud texnologiyasından istifadə edəcək
Hansısa bir məktəbdə koronavirusa yoluxma olarsa, bütün tədris müəssisələri qapanmalı deyil - Ekspert
Azad edilmiş ərazilərdə torpaq sahələrinin inventarlaşdırılması başa çatıb
İşğaldan azad olunan ərazilərlə bağlı İqtisadi məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib
Dövlətimizin vaxtında gördüyü tədbirlər nəticəsində ermənilərin təxribatı iflasa uğradı - Komitə sədrinin müavini
"Android" Azərbaycanın əməliyyat sistemi bazarında liderdir
COVAX təşəbbüsü əhəmiyyətini itirir: Ədalətsizlik və qeyri-bərabərlik...
Van Qoqun rəsminin eskizi rekord qiymətə satıldı
İordaniyadakı Azərbaycan diasporu Xocalı soyqırımı qurbanlarını yad edib
Ukrayna telekanalı Prezident İlham Əliyevin mətbuat konfransı barədə xüsusi reportaj yayımlayıb (FOTO/VİDEO)
Vətən müharibəsinin qəhrəmanlarından olan Camal Alxasova təqaüd kartı təqdim edilib (FOTO)
Perm şəhərində Xocalıya ədalət tələb edilib
Əfv komissiyası bu gün 100-dən artıq müraciətə baxıb
Füzuli rayonunun Üçbulaq kəndi (FOTO/VİDEO)
Almaniya və Niderlanddakı diaspor təşkilatları Xocalı soyqırımı ilə bağlı videokonfrans təşkil edib
Nyu-Yorkdakı Sultan Eyyub məscidində Xocalı soyqırımı qurbanları yad edilib (FOTO)
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması barədə sərəncam verildi
Kür çayının daşması nəticəsində zərər görən evlərə qaz verildi (FOTO)
Qlobal Jurnalistlər Şurasının sədri Mətbuat Şurasında olub (FOTO)
Beynəlxalq Qoşulmama Hərəkatı Modeli Simulyasiya Məşğələsi keçirilir - XİN
Martın 3-nə USD/AZN rəsmi məzənnəsi
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş SİYAHISI
Hərbi qulluqçuların maaşları artırıldı - RƏSMİ
"Azərpoçt"a yeni baş direktor təyin olunub
Vilyam Hacıyevin həbs müddəti uzadıldı
Ləğv edilən aviabiletlər yenidən təxsis ediləcək - AZAL
Bakıda dələduzluqda təqsirləndirilən saxta "general" azadlığa buraxılıb
Almaniya şirkətləri Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirak imkanlarını nəzərdən keçirir
Qanunsuz balıqçılıq göllərini harada gəldi yaradırlar - Nazirlik
Quş qripi xəstəliyinin Azərbaycanda yayılma riski artıb - AQTA (FOTO)
Azercell müştəri təcrübəsinin idarə edilməsinə görə yeni mükafat qazanıb
Türkiyəli mütəxəssislər Qarabağda AzTV ilə birgə film çəkəcək
Yaponiya portalı ermənilərin Azərbaycan torpaqlarında törətdikləri dağıntılar barədə videoreportaj hazırlayıb (FOTO)
Prezident İlham Əliyevin mətbuat konfransında səsləndirdiyi fikirlər İtaliya mediasının da diqqət mərkəzində olub (FOTO)
Magistraturaya qəbul imtahanının nəticələri elan olundu
Pay torpaqlarında aparılan tikintilərlə bağlı nazirlikdən XƏBƏRDARLIQ
“Muğanbank” ASC fəaliyyətini müsbət dinamika ilə davam etdirir
Fərdi ovçuluq təsərrüfatlarının yaradılması üçün lisenziya lazımdır - Nazirlik
Bakıda 55 min manatlıq dələduzluq edən ata-oğula cinayət işi başlandı
Unibank filialı yeni konseptdə və yeni ünvanda (FOTO)
“AzerGold”un “Çovdar” Filiz Emalı Sahəsində Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)
Meşələrin sərhədləri dəqiqləşdiriləcək
Yoluxma artdı, karantin rejimi yenidən sərtləşdiriləcək? - AÇIQLAMA
Prezident İlham Əliyevin istismara verdiyi Ro-Pax tipli gəmi-bərədən REPORTAJ
Sarkisyan Baş Qərargah rəisinin istefasını ikinci dəfə imzalamadı
Özünüməşğulluğun təşkilinə Həmkarlar İttifaqları Konfederasiyası 200 min manat vəsait ayıracaq
Şəhid polisin övladı Şuşa polis şöbəsində vəzifəyə təyin olundu
Rusiya kosmodromundan avadanlıq oğurlanıb
Türkiyənin dəstəyini sadəcə Vətən müharibəsində deyil, bütün tarix boyu hiss etmişik - Anar Kərimov
Azərbaycan Ali Hərbi Məktəbinin yaradılmasının 103-cü ildönümü qeyd olunub (FOTO/VİDEO)
Azərbaycan və Tacikistanın turizm əlaqələri müzakirə edilib
Daha bir şəhidin yeni doğulan övladının adına 5000 AZN-lik hesab açılacaq (FOTO)
Ukrayna kanalında Xocalı soyqırımına dair xüsusi reportaj yayımlanıb (FOTO/VİDEO)
26 müəssisədə kobud qanun pozuntusu aşkarlandı
Elvüsal Məmmədovun “İzahlı İslam fəlsəfəsi terminləri lüğəti” nəşr olunub
Yaponiyanın JIJI PRESS agentliyi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində başlamış quruculuq işlərindən yazıb (FOTO)
Misir nəşri: Müharibə cinayəti törədən Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana vermək istəmir
İki ayda qeyri-neft-qaz sektorundan əlavə daxilolmalar 84,7 milyon təşkil edib - Nazir
Sumqayıtda şəhid ailələri və veteranlarla görüş keçirilib (FOTO)
İqlim dəyişikliyi, su ehtiyatlarının azalması səhralaşmanın genişlənməsinə səbəb olub - Direktor
Əfv komissiyasının iclası keçirilir
Ərdoğan Qarabağ zəfəri və Xocalı qətliamı barədə serial çəkilməsini tapşırıb
Azərbaycan süni intellekt üzrə Komitənin 4-cü iclasında təmsil olunub
Binəqədidə ağacları kəsərək bina tikən şirkət rəhbəri məhkəməyə verildi
İranda sutka ərzində 8,5 min nəfər koronavirusa yoluxub, 86 nəfər ölüb
Rəqəmsal texnologiyaların tətbiq olunması TRACECA dəhlizinin cəlbediciliyini artıracaq (MÜSAHİBƏ)
Yeni Zelandiyada Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası keçirilib (FOTO)
Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödənilmə tarixi açıqlandı
Azərbaycanda koronavirusa yoluxanların sayı 300-ü keçdi
Berlində Xocalı soyqırımı qurbanlarının anım guşəsi yaradılıb (FOTO)
"CoronaVAC" peyvəndi koronavirusa görə ölümdən 100 faiz qoruyur - İnfeksionist
Azərbaycan iqtisadi azadlığa görə Avropa ölkələri arasında birinci olub
Paşinyana dörd cinahdan hücum: Ermənistan vətəndaş müharibəsi ilə üz-üzə...
Bakıda ilk bio-smart avtobus dayanacağı quraşdırılıb (FOTO/VİDEO)
Rusiyada 60-a yaxın şagird zəhərlənib
"Filoloji elmlər innovativ tədqiqatlar kontekstində" adlı beynəlxalq konfransın materialları toplu şəklində çap edilib
Bostonda Xocalı soyqırımı ilə bağlı "səssiz" aksiya keçirilib (FOTO)
Nazirlikdən məktəblərdə dərslərin dayandırılacağı iddiaları ilə bağlı AÇIQLAMA
Ölkədə vaksinasiyadan keçənlərin sayı açıqlanıb
Sabah külək güclənəcək - Xəbərdarlıq
Prezidentin mətbuat konfransı erməni faşizmini göstərmək üçün uğurlu imkan idi - Deputat
Strasburqun Kleber meydanında şamlarla Xocalıya görə şamlar yandırılıb (FOTO)
87 şəhid və qazi ailəsi üzvü təhsil müəssisələrinə işə qəbul olunub
Türkiyə ilə birgə Vətən müharibəsi haqqında film çəkmək niyyətindəyik - Nazir
Bu il Formula 1 Azərbaycan Qran Prisində TV və radio jurnalistləri akkreditasiyadan keçirilməyəcək
Türkiyənin türkdilli ölkələrə ixracı artıb
Nant şəhərindəki "Qarabağ" məktəbində Xocalı soyqırımına aid dərs keçirilib (FOTO)
Formula 1 Azərbaycan Qran Prisi daha 1 il uzadılır
“Mühəndislər üçün biznes təhsili” layihəsinin növbəti kursuna start verilib
Bakıda narkotik alverçisi 3 kiloqram heroinlə yaxalandı (FOTO/VİDEO)
Unibankda yeni təyinat olub
Bütün xəbərlər