Mehriban Əliyeva: Avropa Oyunları yeni idman ənənəsi üçün güclü təməl yaradacaq (FOTO)

Mehriban Əliyeva: Avropa Oyunları yeni idman ənənəsi üçün güclü təməl yaradacaq (FOTO)

Azərbaycan, Bakı, 5 fevral /Trend/

Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının Bakıda V iclası keçirilib.

Azərbaycanın birinci xanımı, "Bakı-2015" ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva iclasda iştirak edib.

Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyası "Bakı 2015" birinci Avropa Oyunlarına hazırlığı yüksək qiymətləndirdi. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının iclasının əhəmiyyətini vurğuladı. O, Avropa Oyunlarının yüksək səviyyədə təşkil edilməsi məqsədilə burada güclü və peşəkarlardan ibarət komandanın çalışdığını diqqətə çatdırdı.

İclasda "Bakı-2015" ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva çıxış edərək dedi: "Cənab prezident, təşəkkür edirəm. Sizin dəyərli fikirlərinizi eşitməyə çox şadam. Mən bütün qonaqlarımızı salamlamaq istərdim.

Avropa Olimpiya Komitəsinin prezidenti cənab Patrik Hikki, Əlaqələndirmə Komissiyasının sədri cənab Spiros Kapralos və komissiyanın dəyərli üzvlərini yenidən Azərbaycanda salamlamaqdan məmnunam. Çox şadam ki, sizinlə birgə "Bakı-2015" Avropa Oyunları Əlaqələndirmə Komissiyasının beşinci və sonuncu iclasını açırıq.

Siz 2012-ci ilin dekabrında Bakını birinci Avropa Oyunlarına ev sahibliyi etmək üçün seçəndən ölkəmiz Avropanın qürur duyacağı yüksəksəviyyəli beynəlxalq tədbiri təşkil etməklə məşğul olub".

Mehriban Əliyeva deyib ki, bu Oyunlar Avropa idmanında tarixi hadisə olacaq. Azərbaycan üçün bu, ölkəmiz, ənənələrimiz, mədəniyyətimiz və tarixi köklərimizi daha çox tanıtmaq üçün yaxşı imkandır: "Biz ilk Oyunların keçirilməsinin şərəfli və məsuliyyətli iş olduğunu qəbul edirik. Siz bu gün və sabah bizə olan etimadınızın əbəs olmadığını görəcəksiniz. Baxmayaraq ki, qarşıdakı bir neçə ay ərzində planlarımıza son ştrixləri vurmalıyıq, ümidvaram ki, biz hamımız indiyədək əldə olunan əhəmiyyətli nailiyyətlərlə fəxr edə bilərik.

Mən bizim həyata keçirdiyimiz planların bəzi əsas təfərrüatları barədə məlumat vermək istərdim. Bildiyiniz kimi, bir çox məkanlarımız hazırdır və Oyunlar üçün sınaqdan keçirilir. Sınaq bu yay idmançıların yüksək səviyyədə çıxış etmələrinə imkan yaratmaq üçün hər bir detalın hazır olacağını təmin etmək məqsədilə təşkil olunur. İyunda Oyunların açılışı olanadək 35 sınaq tədbiri və sınaq yarışması keçiriləcək. Gimnastika, boks və güləş üzrə növbəti sınaq tədbirlərimiz mart və aprel aylarında baş tutacaq. Fevralın sonunadək biz bütün məkanların daimi bazasının tikintisini başa çatdırmaq niyyətindəyik. Bu, bizə aprel ayında lazımi quraşdırma işləri aparmaq üçün kifayət qədər vaxt verəcək. Müqavilələrimizin 84 faizinin gecə-gündüz bizim komandamızla birgə çalışan Azərbaycan şirkətləri ilə bağlanması müsbət haldır. Əminəm ki, bu gün məkanlara baş çəkərkən siz heyran qalacaqsınız. Bizim dünya standartlarına cavab verən atletlər kəndi 7300 çarpayısı olan 1000-dən artıq mənzildən ibarətdir".

Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva bildirdi ki, birinci Avropa Oyunlarını 600-dən artıq beynəlxalq və yerli media nümayəndəsi işıqlandıracaq: "İyunun 10-da beynəlxalq mətbuat nümayəndələri üçün tədbir təşkil ediləcək. Bu tədbiri 100-dən artıq ölkəyə yaymaq üçün 43 şirkətə yayım hüququ verilib və beləliklə də Oyunları Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerika və Avstraliyada izləyə biləcəklər. Bundan başqa, könüllülərdən indiyədək 16 mindən artıq müraciət daxil olub".

İlk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri hökumətin mövcud nəqliyyat infrastrukturuna böyük məbləğdə investisiya yatırdığını da diqqətə çatdırdı.

"Mən qürur duyuram ki, hazırda Bakı Avropa Oyunları Əməliyyat Komitəsində 950 gənc çalışır. Bu, Oyunların ən dəyərli miraslarından biridir və əminəm ki, bu, onların gələcək həyatı üçün böyük təcrübə imkanıdır", - deyən Mehriban Əliyeva onu da bildirdi ki, açılış mərasimində unudulmaz şou keçiriləcək. Təşkilat Komitəsinin sədri deyib ki, bundan başqa, hər gün üçün xüsusi mədəni tədbirlər proqramı hazırlanıb, bağlanış mərasimi də yaddaqalan olacaq.

Mehriban Əliyeva idmanın və Olimpiya hərəkatının dəstəklənməsinin Azərbaycanın əsas prioritetlərindən biri olduğunu vurğulayaraq, idmançılarımızın nailiyyətlərini qeyd etdi.

Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri əminliklə bildirdi ki, bu Oyunlar bütün iştirakçıları birləşdirəcək və yeni idman ənənəsi üçün güclü təməl yaradacaq.

Avropa Oyunları Komitəsinin Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralos Komitənin son aylarda əldə etdiyi yenilikləri yüksək qiymətləndirdi. O bildirdi ki, Avropa Oyunları tarixi əhəmiyyətə malikdir. Spiros Kapralos ölkəmizdə yaradılan idman infrastrukturunu yüksək qiymətləndirdi və mötəbər yarışa hazırlıqdan məmnunluğunu ifadə etdi. Qonaq vurğuladı ki, Bakıda iki gün ərzində aparılan müzakirələr nəticəsində mühüm qərarlar qəbul olunacaq.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov isə bildirdi ki, birinci Avropa Oyunlarında əsas diqqət mərkəzində atletlər olacaq. "Bakı-2015" Oyunlarında uğur qazanan iştirakçılara xüsusi dizaynla hazırlanmış medalların təqdim olunacağını vurğulayan nazir dedi: "Bildiyiniz kimi, Təşkilat Komitəsi Oyunları təkbaşına təşkil etmir. Bizim 7 rəsmi tərəfdaşımız var. Oyunların yayımı ilə bağlı Avropa və dünyanın digər ölkələrindən olan şirkətlərlə müqavilələr imzalayırıq. Beynəlxalq medianın oyunlara olan marağı getdikcə artır. Biz yeni veb-saytımızı təqdim edəcəyik. Bizim könüllülər və səfirlərlə bağlı proqramlarımız davam etdirilir. Bu yaxınlarda biz Avropa Oyunlarının ulduz elçilərini elan etmişik. Onlar bizə Oyunları ölkədə və xaricdə təbliğ etməyə kömək edəcəklər".

Nazir Azad Rəhimov bildirdi ki, 127 gündən sonra Avropa idman tarixində yeni bir mərhələ başlayacaq.

"Bakı-2015"-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq qeyd etdi ki, hazırda işlər gərgin qrafik üzrə davam edir. Bu işlərdə beynəlxalq mütəxəssislərlə yanaşı, yerli peşəkarlar da iştirak edirlər.

Tədbirdə "Bakı-2015"-ə hazırlıqla bağlı videoçarx nümayiş olundu.

Anar Kərimov İstanbulda azərbaycanlı incəsənət xadimləri ilə görüşüb (FOTO)
Anar Kərimov İstanbulda azərbaycanlı incəsənət xadimləri ilə görüşüb (FOTO)
Şirvanşahlar Sarayı Kompleksinin 360°-li "3D" modeli təqdim olunub (FOTO)
Şirvanşahlar Sarayı Kompleksinin 360°-li "3D" modeli təqdim olunub (FOTO)
TÜRKSOY-un qərargahında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş sərgi açılıb (FOTO)
TÜRKSOY-un qərargahında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş sərgi açılıb (FOTO)
Loading Bars
Xəbər lenti
İraqda raket hücumu nəticəsində ABŞ vətəndaşları xəsarət almayıb - Pentaqon
Türkiyədə koronavirusdan sağalanların sayı 2,6 milyon nəfərə çatır
ÜST: Dünyada ötən sutka koronavirusa 348 mindən çox yoluxma qeydə alınıb
Göyçayda 37 yaşlı kişi dəm qazından boğularaq ölüb (FOTO)
İsveçdə cinayətkar 8 nəfəri yaralayıb
Bu tarixlərdə ictimai nəqliyyat işləməyəcək - Nazirlər Kabineti
Millinin oyunu neytral meydanda keçiriləcək
İrana səfər qaydaları AÇIQLANDI
Myanmada toqquşmalar zamanı 38 nəfər ölüb
Gəncədə 5 otaqlı ev yanıb
Hakimliyə namizədlərlə test imtahanı keçirilib
Pandemiya və müharibənin iqtisadi təsirləri: Azərbaycan yüksəlib, Ermənistan isə çöküb - STATİSTİKA
Azərbaycanda vəfat edən insanlar əsasən bu yaşda olub
Azərbaycanda mobil operatorların gəlirləri azalıb
Azərbaycanın "ağıllı" layihələr üzrə təcrübəsi Belarusda təqdim olunacaq
Yaşamaq üçün Azərbaycana gələnlərin sayı gedənləri xeyli üstələyib
Niderlandın nüfuzlu qəzetində Xocalı soyqırmı ilə bağlı məqalə dərc olunub
Xorvatiyanın "yaşıl enerji" şirkətləri azad edilmiş ərazilərin inkişafına öz töhfəsini verə bilər - Səfirlik
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Vaksinasiya olunmaq istəməyən müəllimlərə qarşı hər hansı tədbir görülməyəcək - BŞTİ müdiri
Dubayda koronavirusla bağlı məhdudiyyətlər Ramazan ayınadək uzadılıb
Bakıda 20 min müəllim və texniki işçi vaksinasiyadan keçəcək
MDU-da Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib (FOTO)
Yunanıstanda dağıntılar altından bir nəfər xilas edilib
Balakəndə itkin düşən azyaşlı tapıldı
Terrorçu-diversant qrupu heç bir vəchlə hərbi əsir hesab edilə bilməz - Leyla Abdullayeva (MÜSAHİBƏ)
Naxçıvan Qarnizonu qoşunlarında komandir hazırlığı məşğələləri keçirilib (FOTO/VİDEO)
Mingəçevirdə üç minik avtomobili toqquşub, xəsarət alan var
Ziraat Bank Azərbaycan həyata keçirdiyi layihələr üzrə mükafatlara layiq görüldü!
Anar Kərimov İstanbulda azərbaycanlı incəsənət xadimləri ilə görüşüb (FOTO)
Güclü, təmiz və gigiyenik: Samsung Jet ™ tozsoranın ətraflı icmalı (VİDEO)
Prezident İlham Əliyev: Biz sülh istəyirik və bu gün sülhü təbliğ edirik
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın istiqamətləri müzakirə olunub - (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Pakistanla birgə hərbi təlimlər üzərində düşünürük
Prezident İlham Əliyev: Ümid edirik ki, Pakistan yeni yaranmaqda olan nəqliyyat marşrutlarına qoşulacaq
ADPU nümayəndələri universitetin şəhid məzunlarından A.Abbasovun yeni dünyaya gələn qızı İlknuru ziyarət ediblər (FOTO)
Azərbaycan Prezidenti: Pakistan dünyanın Ermənistanla diplomatik münasibətlər qurmayan azsaylı dövlətlərindən biridir
Prezident İlham Əliyev: Müharibənin ilk günündən Pakistan Azərbaycana həmrəylik və dəstək nümayiş etdirdi
Kürdəmirdə ağır qəza: 6 nəfər xəsarət alıb
Minaya düşən idarə rəisinin yerləşdirildiyi xəstəxanadan GÖRÜNTÜLƏR
Evimizə köçəcəyimiz günü gözləyirik: Ermənilər tərəfindən evi dağıdılan sakin Trend TV-yə danışır
Məktəblərin bağlanması bizim qərarımızla deyil... - Mehriban Vəliyeva
Şirvanşahlar Sarayı Kompleksinin 360°-li "3D" modeli təqdim olunub (FOTO)
Martın 4-nə USD/AZN rəsmi məzənnəsi
Unibank şəhid Tural Məmmədovun ailəsinə evi təqdim etdi
Paşinyan parlamentdə tribunaya çıxmaqdan imtina edib (VİDEO)
Venesuela Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib - Səfir
Azərbaycanla Venesuela arasında əməkdaşlığın inkişaf imkanları müzakirə edilib
Qazimizin görmə qabiliyyəti bərpa edilib
Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib (FOTO)
Türkiyədən Azərbaycana polad ixracı artıb
Silk Way Technics 15 ildir təyyarələrin təhlükəsiz istismarını təmin edir
Azərbaycan regionda əbədi sülhün bərqərar olmasının tərəfindədir - Naqif Həmzəyev
Xocalı faciəsinin canlı şahidi amerikalı blogerə müsahibə verib
Yelo Bank-dan 8 mart kampaniyası
Prokurorluq idarə rəisinin minaya düşməsi barədə məlumat yaydı
Direktorların işə qəbulu müsabiqəsi pandemiya vəziyyətinə uyğun keçiriləcək
Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
İtaliya parlamentində minalanmış ərazilərin xəritəsinin verilməsinə dair qətnamənin qəbul olunması nümunəvi presedentdir - Könül Nurullayeva
300-dən çox Vətən müharibəsi qazisinin protezə ehtiyacı var - Agentlik
TÜRKSOY-un qərargahında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş sərgi açılıb (FOTO)
Başımda 9 qəlpə var idi, yeddisini çıxarıblar, ikisi qalıb - Sumqayıtlı qazi (FOTO)
Səudiyyə Ərəbistanı Həcc ziyarəti şərtlərini açıqladı - QMİ rəsmi bildiriş gözləyir
İdarə rəisi minaya düşüb, vəziyyəti ağırdır (FOTO)
Ombudsman hüquq müdafiəçisi Novella Cəfəroğlu ilə görüşüb (FOTO)
Mətbuat Şurası İndoneziya Jurnalistlər Assosiasiyasına təşəkkür məktubu ünvanlayıb
Roma papası pandemiyadan sonra ilk səfərini bu ölkəyə edəcək
Azərbaycan-Türkiyə birliyi bütün türk dünyasına nümunədir - Politoloq
Milli Məclisin növbəti iclasının gündəliyi məlum oldu
Ermənistanda hakimiyyətə gəlmək istəyənlər faşist ideologiyasını əsas tutur - Deputat
Azərbaycanda 520 nəfər qazi və şəhid ailəsi üzvünə psixoloji yardım göstərilib
Azərbaycan Beynəlxalq Bankının layihələri mükafatlar qazandı
İsrail həkimləri 22 qazini əməliyyat etdi
Ceyhun Bayramov italiyalı həmkarı ilə telefonla danışıb
İki ali məktəbin akkreditasiyası aparılır
Yunanıstanda güclü zəlzələ olub
“Final” qida markası yeni reklam çarxını təqdim edib (FOTO)
Təhsil işçilərinin vaksinasiyasına başlanılıb
Media nümayəndələri qazilərimizə göstərilən reabilitasiya xidmətləri ilə tanış edilib (FOTO)
Yoluxanların sayı bu gün də 300-ü keçdi
Türkiyə Gürcüstanla ticarət dövriyyəsini 3 milyard dollara çatdırmaq istəyir
Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli iş birliyinə önəm veririk - Çavuşoğlu
Füzulidə ermənilərin atıb qaçdığı 2 zenit-raket kompleksi aşkarlandı (FOTO/VİDEO)
DGK bu il büdcəyə əlavə 77,74 milyon manat köçürüb - Səfər Mehdiyev
İranda sutka ərzində 86 nəfər koronavirusdan ölüb
Rəmişin vəziyyətində irəliləyiş var - Həyat yoldaşı
FHN 5 nəfəri xilas etdi, birinin meyiti aşkarlandı (VİDEO)
Niderlanddakı erməni təşkilatının növbəti saxtakarlığı ifşa edilib (FOTO)
ADU-nun məzunları cəmiyyətin bütün səviyyələrində özünü doğruldub - Misgər Məmmədov
Azərbaycanın bir neçə müəssisəsindən Rusiyaya alma və pomidor idxalına icazə verilib
Bakıda “E-manat”ı oğurlayıb qəbirstanlığa apardılar (FOTO/VİDEO)
DİN sosial şəbəkələrdə paylaşılan şəkillə bağlı açıqlama verdi - FOTO
Bu il Azərbaycanın ümumi daxili məhsulu 4 faiz artacaq - Moody’s
Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 11 şəxs saxlanılıb
Külli miqdarda aksiz markası olmayan siqaret aşkarlanıb (FOTO)/VİDEO
Koronavirusa görə bağlanan məktəblərdən biri açılır
Sabahın hava proqnozu açıqlanıb
Mingəçevir Dövlət Universiteti Kiyev Milli İqtisadiyyat Universiteti ilə əməkdaşlığa başlayıb (FOTO)
Daha bir restoranda toy məclisi aşkarlandı, 13 nəfər cərimələndi
Niderlandda koronavirus test mərkəzində partlayış olub
Bütün xəbərlər